Azərbaycanda ilantutma biznesi təklif olunur
Prezident bu şəxsləri təltif etdi
Bu il Azərbaycanda 17 ana ölüb
Gələn il qəbul imtahanı necə olacaq?
“Ərizəni istəmədən yazmışam” - İşdən çıxarılan aktyor
“Qarabağ”dan azarkeşlərə şad xəbər
Azərbaycana gələn turistlərin kütləvi şikayəti
Alimlərdən yeni kəşf — Ölüm yoxdur ...
Baş nazir qərar verdi
Qanunsuz nişanı küçəyə kim vurub?

      

12.06.2017  17:18 

“Milli Məclisin xüsusi iclası çağırılmalıdır” - Deputatlardan TƏKLİF





A+  A-

Prezident İlham Əliyev 16 may 2017-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi, Nazirlər Kabinetinin AXC-nin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi, həmçinin Milli Məclisinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasının keçirilməsi qeyd edilib.
Bəs parlament Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinbin keçirilməsini necə planlaşdırır?
Bununla bağlı deputatların hansı təklifləri var?

XəzərNews.az bildirir ki, Modern.az saytı məsələ ilə bağlı bir neçə deputatın fikrini öyrənib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirib ki, prezidentin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı sərəncamı çox yerində və düzgün atılmış addımdır.
“Sərəncamla Nazirlə Kabinetinə çatdırıldı ki, bu istiqamətdə müəyyən addımlar atılsın. Amma hələ də məmurların bu istiqamətdə aktiv işini mən görmürəm. Açığı mən nikbin deyiləm ki, bu tədbiri arzuladığımız və AXC-nin dəyərinə layiq şəkildə keçirmək yolunu tutaq. Gələn il həmçinin Ermənistanın və Gürcüstanın da yaranmasının 100 illiyidir. Məndə olan məlumata görə, 2 ildir ki, onlarda bu istiqamətdə çox ciddi işlər gedir. Onlar müstəqilliyə verdikləri dəyər baxımından fərqlənmək istəyirlər. İndi görək, Azərbaycan bu məsələdə onlardan irəli gedəcək və ya geridə qalacaq. Azərbaycan müstəqilliyə daha çox dəyər verdiyini ortaya qoya biləcəkmi? Ümid edirəm ki, bu istiqamətdə müvaffiq strukturlar da yaradılacaq”.

Deputat hesab edir ki, məmurlar əllərindən gələni etməlidir ki, Azərbaycan xalqının, bu dövləti quranların adına layiq tədbirlər keçirilsin.

“Amma hələ ki konkret addımlar atılmadığına görə, bir şey söyləyə bilmirəm. Gecikməyimiz, bu məsələyə məmurlar tərəfindən laqeydlik görüntüsü yaradır. Ona görə də bu istiqamətdə bir az narahatçılığım var”.

F.Mustafa deyib ki, Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hansısa tədbilərin keçirəcəyi barədə onda məlumat yoxdur.
“Yəqin ki, müzakirə olunan zaman biz öz fikirlərimizi və təkliflərimizi orada səsləndirəcəyik”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı çox böyük əhəmiyyət kəsb edir.

“ Milli Məclis də bununla əlaqədar müəyyən tədbirlər keçirəcək. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisdə xüsusi dinləmələr olacaq. Bu dinləmələrdə AXC-nin yaranma tarixi, görkəmli şəxsləri və onların görüdüyü işlər əksini tapmalıdır. AXC-nin 100 illiyinin keçirilməsi tarixi hadisədir. Mən hesab edirəm ki, cənab prezident çox doğru və düzgün qərar verib. Həmçinin, bütün partiyalar tərəfindən də 100 illiklə bağlı hazırlıq görülməlidir. Çünki bu bizim müstəqilliyimzlə əlaqədar məsələdir. Eyni zamanda, siyasi təşkilatlar, QHT-lər də buna biganə qalmamalıdır. AXC-nin 100 illik yubleyi ilə bağlı tədbirlər keçirməlidirlər”.

Deputat deyib ki, 1991-ci ilə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası AXC-nin həm mənəvi, həm də siyasi varisidir.
“Çünki üçrəngli bayrağımız, gerbimiz, himnimiz AXC-nin dövründə qəbul edilib. Bu dövlət atributlarının üzərində heç bir dəyişiklik edilməyib”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli prezidentin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamını yüksək qiymətləndirir.
“Bu sərəncamın çox böyük əhəmiyyəti var. Çünki bəzi qüvvələr var ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əhəmiyyətini həm ölkə daxilində, həm də ölkə xaricində azaltmaq istəyir. Sərəncamda da göstərilib ki, AXC-nin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçiriləcək. Mən düşünürəm ki, AXC qurucularının Türkiyədə, Gürcüstanda, Fransada və s ölkələrdə dəfn olunan şəxslərinin sümüklərinin ölkəyə gətirilməsi və movzaleyinin yaradılması çox böyük hadisə olardı. Bununla bir memorial kompleksi də hazırlamaq olardı. Bakı şəhərində belə bir abidə kompleksinin olması Azərbaycanın tarixi əhəmiyyətini bir daha dünyaya nümayiş etdirərdi. Eyni zamanda, bununla yanaşı, AXC-nin müstəqil elan olunduğu Tiflis şəhərindəki binaya lövhə vurulması və müvəqqəti paytaxt Gəncədəki binada da müəyyən yenidənqurma işlərinin aparılması çox faydalı olardı”.
Deputatın fikrincə, AXC parlamentli respublika olduğuna görə, parlamentdə böyük bir tədbirin keçirilməsi zərurəti yaranır.
“Belə bir tədbir mən hesab edirəm ki, çox təntənəli şəkildə keçirilməlidir. Eyni zamanda, parlament ənənələrinin davam etdirilməsi də çox önəmlidir. Hazırda isə ölkəmiz prezident üsul-idarəsi olan respublikadır. Amma buna baxmayaraq, ölkə başçısı parlamentə çox böyük qayğı göstərir. Həmçinin, ölkə başçısının AXC-yə olan sevgisi onun nitqində və bu sənədi imzalanmasında özünü göstərir. Mən hesab edirəm ki, AXC-nin 100 illiyi ilə bağlı tədbir parlamentdə keçirilsə, bunun üçün işçi qrupu yaradılmalıdır. Bu işçi qrupu parlamentin xüsusi iclasının keçirilməsi və mühüm qərarların qəbul edilməsi üçün iş aparmalıdır. Bu işlərin həyata keçirilməsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin də çox böyük rolu ola bilər”.

Xəbər 1315 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

18.10.2017  18:35 

Bu il Azərbaycanda 17 ana ölüb

18.10.2017  15:56 

Suriyanın məşhur generalı öldü

18.10.2017  13:21 

Hadisənin üzünə nə olub?

18.10.2017  13:09 

Sabah hava necə olacaq?

18.10.2017  12:06 

Baş nazir qərar verdi


BÜTÜN XƏBƏRLƏR +