Məhkumların qaçışına görə cinayət işi açıldı
Jurnalist ofisdə bıçaqlandı
Sabah hava küləkli olacaq
Emin Ağalarov ağladı - VİDEO
Elmar Məmmədyarov İtaliyaya getdi
Aybənizin qızı da aparıcı oldu
Ermənistan atəşkəsi 132 dəfə pozdu
“Maşın”da finala onlar qaldı - FOTO
Sənədinizi itirməmisiniz?
Taksidə qanlı dava

      

09.06.2017  20:11 

Ögey atanın 6 yaşlı qızın başına gətirdiyi dəhşətlər - Qətlin təfərrüatı





A+  A-

Ögey qızını qulağından tutub, divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb.
XəzərNews.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Söz dövlət ittihamçısı Sabir Abdinova verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama görə, Ağsu sakini Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.

28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. Bu zaman o, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməsini tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. E. Hacıyev ayağını yuduğundan sonra ləyəni ögey qızı olan 6 yaşlı Ramilə Abdulxaliqovaya tapşırıb. 6 yaşlı qız ləyəni qaldıran zaman gücü çatmayıb. Suyu döşəməyə töküb. Bundan əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq və təpik zərbələri endirib. Bununla da kifayətlənməyən Elnar Hacıyev R. Abdulxaliqovanı qulağından qaldırıb evin divarına bir neçə dəfə çırpıb. Bu zaman 6 yaşlı qız huşunu itirib. Bunu görən Elnar Hacıyev qızın üstünə su töküb. Qızın özünə gəlmədiyini görən Elnar Hacıyev onu divana uzadıb. Öz qızı Həcəri Ramilənin yanına qoyaraq tibbi yardım göstərmək üçün aptekə gedib. Lakin 6 yaşlı qız keçinib.

Bundan başqa, Elnar Hacıyev qonşuluqda yaşayan Tural Hüseynli ilə iyunun 25-də dava edib. Dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.

Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.

İttihama münasibət bildirən Elnar Hacıyev özünü təqsirli bilməyib.

Hakim bildirib ki, məhkəmədə zərərçəkmiş şəxsin hüququ varisi iştirak etmədiyinə görə proses iyunun 16-da davam edəcək.

Qeyd edək ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub

Xəbər 430 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

23.10.2017  15:52 

Jurnalist ofisdə bıçaqlandı

23.10.2017  14:37 

Sabah hava küləkli olacaq

23.10.2017  14:16 

Emin Ağalarov ağladı - VİDEO

23.10.2017  12:57 

Elmar Məmmədyarov İtaliyaya getdi

23.10.2017  11:21 

Aybənizin qızı da aparıcı oldu


BÜTÜN XƏBƏRLƏR +