Nazir saxta əlillik alanlardan danışdı
Yol polisi sürücülərə müraciət etdi
Ərdoğan Suriya məsələsində Putinlə razılaşıb
Uşaqların övladlığa verilməsində YENİLİK
Sabah 26 dərəcə isti olacaq
Bu ölkədə 90 gün qala bilərik
Atəşkəs 22 dəfə pozulub
Vasim Məmmədəliyev vəfat etdi
Ərdoğan sabah Bakıya gəlir
Zakir Qaralovdan yeni təyinat


09.06.2017  16:27 

Ata Nataşanın paltarını iyləyəndə...





A+  A-

Toya dəvət olunmadığı üçün deyinən adamla ilk dəfə iki ay əvvəl, aprelin özünü dekabr kimi aparıb, vədəsiz yağışları ilə camaatın zəhləsini tökdüyü vaxt qarşılaşmışdım. “On beş gündür bir Allah bəndəsi məni uşağının toyuna çağırmır”- deyib, giley-güzar edəndə, hamımız onun ağlına şübhə ilə yanaşmışdıq. Arif adam olduğu üçün ürəyimizdən keçənləri üzümüzdən oxumuşdu...
Masanın arxasında yerini rahatlayandan sonra cüssəli bədənini bir qədər irəli əyib, belə demişdi: “Gənclərin çoxu evlənməkdən qorxur. Adam tanıyıram ki, evlənməyi ilə boşanmağı bir ay çəkdi. Valideynlərin, qohum-qardaşın etdiyi “calaq”lar tutmur. Ölkə əhalisinin təxminən yarısını dul kişi və qadınlar təşkil edir”.

Həmsöhbətim sovet dövrünün jurnalistləri kimi şişirtməyə meylli olsa da, sözlərində həqiqət payı az deyildi. Rəsmi statistika da bu sahədə vəziyyətin ürəkaçan olmadığını göstərir. İki il əvvəl bu mövzunu araşdıranda məlum olmuşdu ki, orta hesabla hər ay Azərbaycanda 1000 nikah pozulur. Bu isə o deməkdir ki, hər ay ən azı 1000-1500 uşaq valideynlərindən biri ilə vidalaşmalı olur. Həmin adamlar 30-40 il sonra valideynlərini xatırlayanda, belə deyəcəklər: “Biri vardı, biri yox...” Azyaşlılarla bağlı məhkəmə qərarları əksərən ananın xeyrinə çıxarıldığı üçün nikahların pozulduğu ailələrdə uşaqların çoxu atasız böyüyür.

Uşaqların atasız böyüməsi həmişə ciddi fəsadlara yol açıb. Biz gündəlik həyatımızda bunu müşahidə edirik. Yaşlı oxuculardan üzr istəyirəm, oğlum universitetə hazırlaşdığı üçün son bir ildə evdə internetdən imtina etmişik. İşimlə əlaqədar günün müxtəlif saatlarında internet salonlarına baş çəkməli oluram. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, Bakıda fəaliyyət göstərən internet salonlarının müştərilərinin əksəriyyətini 7-17 yaşlı oğlanlar təşkil edir. İşim çox olanda internet salonlarında gündə 3-4 saat vaxt keçirirəm. Hələ indiyə kimi görməmişəm ki, hansısa valideyn uşağının arxasınca salona gəlsin, ya da zəng edib onu evə çağırsın. Təkcə nikahların pozulduğu ailələrdə deyil, hətta normal ailələrdə də valideynlərin əksəriyyətinin uşaqlardan xəbəri yoxdur. Buna görə də uşaqların çoxu bir-birilə söyüşlə danışır, biz böyüklərin heç vaxt dilimizə gətirmədiyimiz sözləri həvəslə leksikonlarına daxil edirlər.

Uşaqların tərbiyəsilə bağlı məni narahat edən başqa bir məqam isə yetkinlik yaşına çatmayan oğlanların tütün məmulatlarına meyl etməsidir. Demək olar ki, hər gün 14-15 yaşlı uşaqlar küçədə məndən siqaret istəyirlər. Onlara siqaret çəkmədiyimi, bu zəhrimarın dadını bilmədiyimi deyəndə çəpəki nəzərlərlə məni süzüb, narazı halda uzaqlaşırlar. Vaxtım olanda onlarla söhbət edir, siqaretin zərərini anlatmağa çalışıram. Bu vaxt mənə dəli kimi baxırlar.

On beş yaşım olanda atam məni yanına çağırıb, siqaretdən uzaq olmağı tapşırdı. O vaxtdan 27 il keçir, bu günə kimi bir dəfə də siqaretin qutusuna əl uzatmamışam. Uşaqları pis vərdişlərdən atalar çəkindirməlidir. Ata Nataşanın paltarını iyləyəndə, oğul küçədə “ostav” dilənəcək...

Seymur Verdizadə

Xəbər 2607 dəfə oxunub.



14.10.2019  13:43 

Sabah 26 dərəcə isti olacaq

14.10.2019  13:20 

Yaşadığı evdən pul oğurladı

14.10.2019  12:27 

Bu ölkədə 90 gün qala bilərik

14.10.2019  09:57 

Atəşkəs 22 dəfə pozulub

14.10.2019  08:43 

Vasim Məmmədəliyev vəfat etdi

13.10.2019  17:29 

Ərdoğan sabah Bakıya gəlir

13.10.2019  16:14 

Elton Türkiyəyə köçdü

13.10.2019  12:27 

Sabahın havası açıqlandı

12.10.2019  19:24 

Zakir Qaralovdan yeni təyinat

12.10.2019  18:11 

“Oazis” restoranı söküldü


BÜTÜN XƏBƏRLƏR +