Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


30.05.2017  14:57 

Suda boğulma dövrü başlayır: Müvafiq qurumlar hansı tədbirləri görür?





A+  A-

Oqtay Bayramov: “Hələ qış dövründən etibarən mövsümü hazırlığa başlanılıb”
Yay gəlir, çimərlik mövsümü başlayır. İnsanlar sərinləmək üçün dənizə, çay kənarlarına üz tutacaqlar. Bütün bunlar məsələnin pozitiv tərəfidir, neqativ tərəf isə odur ki, yenə də mətbuat səhifələrində suda boğulma xəbərlərini eşitməyə başlayacağıq. Yəni havaların qızması ilə ölüm səbəblərinin arasına suda boğulma halları da daxil olacaq...

Hər il müvafiq qurumlar tərəfindən çoxsaylı təbliğatlara, gərəkli tədbirlərə baxmayaraq ölkədə çimərəklərdə boğulanların sayı kifayət qədər olur. Statistika göstərir ki, insanlar Azərbaycanda daha çox ya suya içkili girdikləri, ya da icazə verilməyən yerdə, qadağan olunmuş zamanda çimdikləri üçün boğularaq həyatlarını itirirlər. Araşdırmalar nəticəsində belə aydın olur ki, ölkədə üzməyi bacaranların sayı aşağıdır.
Ümumdünya Səhiyyə Təşkilatı suda boğulma halları ilə bağlı yaydığı hesabatda qeyd olunub ki, hər il dünya üzrə suda boğulan 372 min nəfərin 90 faizi aşağı və orta gəlirli ölkələrin vətəndaşlarıdır.

Ötən ilin iyul ayında Azərbaycanda bir gündə 7 nəfər dənizdə batmışdı. Çimərlik mövsümü başlayandan iyul ayına qədər isə suda boğulanların sayının 20-ni ötdüyü qeyd olunurdu. Təbii ki, mövsümün sonuna qədər bu rəqəm bir qədər də artdı və suda boğulanların sayı 30-u keçdi.

Statistikaya görə, ötən ilin iyun ayı ərzində 50 nəfər suda boğulmaq üzrə olan şəxs xilas edilib ki, bunlardan 33 nəfəri nəzarət olunan zonalarda, 17 nəfəri isə qeyri-çimərliklərdə çimənlərdir.

Ekspertlər bildirirlər ki, boğulmadan sonra həmin insanın yaşaması suyun altında nə qədər qalmasından, suyun hərarətindən, yaşından, aldığı zədədən və digər xəstəliklərin olmasından asılıdır.

Bəs rəsmi qurumlar bu il boğulmaların qarşısını almaq üçün hansı tədbirləri görüblər?

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bu il boğulmaların qarşısını almaq üçün görülən tədbirlərdən danışıb. O bildirib ki, iyunun 1-dən etibarən çimərlik mövsümü açıq elan olunacaq:

“Çimərlik mövsümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmiləri və Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə strukturu hələ qış dövründən etibarən mövsümü hazırlığa başlayıb. Bu xidmətin Bakı şəhərində və Abşeronda yerləşən 25 struktur bölməsi var. Həmçinin respublikanın rayonlarında fəaliyyət göstərən strukturlarda da əməkdaşlar üçün tədris-metodiki toplantılar keçirilib. Toplantılarda həm çimərlik mövsümünə hazırlıq, həm axtarış-xilasetmə işlərinin təşkili, həm də əməkdaşların peşə hazırlıqlarının yüksəldilməsinə diqqət ayrılıb. Bundan başqa dalğıc kursları da təşkil olunub ki, ora da 20 nəfər əməkdaş cəlb olunub. Eyni zamanda ölkəmizə gələn turistlərin sayının artması səbəbindən çimərlik mövsümünə hazırlıq işləri bu il daha da sürətlənib. Bununla bağlı sahilboyu ərazilərdə, o cümlədən də Lökbatanda, Şıx çimərliyində, Milli Parkda yerləşən struktur bölmələri gücləndirilmiş iş rejimində işləyib. İslam Həmrəyliyi Oyunları zamanı buna xüsusən diqqət yetirilib. Bakının 6 rayonu- Qaradağ, Səbail, Xəzər, Binəqədi, Sabunçu və Suraxanıda yerləşən çimərlik ərazilərində həmin rayonların icra hakimiyyətləri ilə birlikdə monitorinqlər də keçirilib. Bu monitorinqlər zamanı çimərlik ərazilərinin ekoloji vəziyyətindən tutmuş, digər tələblərə də cavab verməsi müəyyən olunub, nöqsanlar göstərilib, aradan qaldırılması üçün göstəriş verilib”.

O. Bayramov bildirib ki, çimərlik ərazilərində mövcud vəziyyət öyrənilib, müşavirələr keçirilib, monitorinqlərin nəticələri açıqlanıb:

“İcra hakimiyyətləri və nazirliyin müvafiq xidməti birlikdə tədbirlər görüblər ki, çatışmazlıqlar aradan qaldırılsın. Onu qeyd edim ki, rəsmi çimərliklərdə illərdir ki, sularda batanların hamısı xilas olunub. Boğulmadan ölüm faktı olmayıb. Bu il də heç bir faciənin olmaması üçün lazımı tədbirlər görülür. Bundan başqa nazirliyin ictimaiyyətlə əlaqədar idarəsi də insanları maarifləndirmək üçün xüsusi video çarx da hazırlayıb ki, bunun da faydası olacaq”.

(musavat.com)

Xəbər 1537 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +