Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.05.2017  09:07 

Bakıda daha bir ağır qəza: 2 ölü, 2 yaralı





A+  A-

Bakının Qaradağ rayonunda iki nəfərin ölümü və daha iki nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Lökbatan dairəsi yaxınlığında qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobillə Dövlət Sərhəd Qoşunlarına məxsus kiçik tutumlu avtobus toqquşub. Nəticədə "VAZ 2107"-dəki sərnişinlərədən biri hadisə yerindəcə ölüb.
Qəza zamanı habelə 3 nəfər - 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu, 1987-ci il təvəllüdlü Musayev Elçin Adil oğlu və 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən Rüfət Paşayev ilkin tibbi yardım zamanı dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalara başlanılıb.

Xəbər 2866 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +