Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.05.2017  16:48 

Binəqədi yanğını ilə bağlı məhkəmə oldu





A+  A-

Bu gün Bakı Apellyasiya Məhkəməsində 2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslərin barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

Akif Əlibəyov və Nizami Orucovun vəkilləri müdafiə etdikləri şəxs barəsində bəraət hökmü, Qəzənfər Novruzovun vəkili isə şərti cəza verilməsini istəyib.

Digər vəkillər çıxışa hazır olmadıqlarını deyiblər.

Məhkəmə prosesi iyunun 7-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən “Global Construction” şirkətin təsisçisi Miryusif Mahmudov 8 il, direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər - “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyova isə şərti cəza verilib.

(qafqazinfo.az)

Xəbər 3188 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +