Sabah qar yağacaq, yollar buz bağlayacaq
Prezident ona “Şərəf” ordeni verdi
Vəkili İlqar Məmmədovla görüşdü
Orta aylıq əməkhaqqı qaldırılır
Spiker xanım deputata irad tutdu
Antiradar satanlar tutuldu
Qriplə bağlı - Rəsmi açıqlama
Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA
“Astroloqların hamısı cəfəngiyyat danışır” - Direktor
İlham Əliyev bu gün Brüsselə gedir

      

22.05.2017  20:03 

Azərbaycana qarşı təcavüzə dair konfrans keçirildi - QAZAXISTANDA





A+  A-

19 may 2017-ci il tarixində Qazaxıstanın Almatı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin təşkilati dəstəyi ilə “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində konfrans keçirilib.
XəzərNews.az xəbər verir ki, konfransı giriş sözü ilə açan millət vəkili, siyasi elmlər üzrə elmlər doktoru, professor Elman Nəsirov Prezident İlham Əliyevin xarici ölkələrdə yaşayan azərbaycanlıların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolunu hər zaman yüksək qiymətləndirdiyini qeyd edib. O, Qazaxıstanda yaşayan soydaşlarımızın da bu prosesdə aktiv iştirak etdiyini vurğulayıb.
Konfrans çərçivəsində Azərbayacan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə işıq üzü görən “Xocalı Soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatı da baş tutub.
Qazaxıstan Xalqı Assambleyası sədrinin müavini Əbülfəz Xamedov bu cür tədbirlərin Qazaxıstanda təşkilinin xüsusi önəm daşıdığını, Azərbaycan həqiqətlərinin qardaş qazax xalqına çatdırılmasında vacib rol oynadığını qeyd edib.
Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı şəhərindəki konsulu Nizami Rüstəmov Azərbaycan və Qazaxıstan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasında dövlət başçılarının xüsusi roluna diqqət çəkib. O, Prezident Nursultan Nazarbayevin Azərbaycana səfəri çərçivəsində “Heydər Əliyev” ordeninə layiq görülməsinin ikitərəfli münasibətlərin yüksək göstəricisi kimi xarakterizə edib.
Qazaxıstan “Dostluq Evi”nin direktoru Qulsim Omarovna isə bu il Qazaxıstan Xalqı Assambleyasında ölkə Prezidenti Nursultan Nazarbayevin müavinlərindən birinin azərbaycanlı seçilməsini, bu ölkədə yaşayan soydaşlarımıza dövlət başçısının böyük etimadının göstəricisi kimi dəyərləndirib.
Azərbaycan və qazax xalqlarının ortaq dəyərləri paylaşdığını və dərin tarixi tellərlə bir-birinə bağlandığını qeyd edən Gənc Diplomatlar Birliyinin sədri Eltun İbrahimov gənclərin diasporanın fəaliyyətində və iki ölkənin qarşılıqlı münasibətlərində daha aktiv olmasının vacibliyini qeyd edbi.
Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədr müavinləri Şahverdi Babayev, Qəhərman Sadiyev, Beynəlxalq Qızıl Xaç və Aypara Cəmiyyətinin Mərkəzi Asiya təmsilçisi Bəylər Talıbov, Almatı İqtisadiyyat və Statistika Akademiyasının prorektoru Lidya Bekenova və digərləri diqqəti hazırda münasibətlərin yüksək strateji tərəfdaşlıq səviyyəsində olmasına yönəltdilər və bu cür tədbirlərin təşkilinin bu əlaqələrə dinamikasına öz töfhəsini verəcəyinə inandıqlarını vurğulayıblar.



Xəbər 553 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

23.11.2017  13:43 

Daha iki piyada həlak olub

23.11.2017  13:28 

Spiker xanım deputata irad tutdu

23.11.2017  12:08 

Antiradar satanlar tutuldu

23.11.2017  11:46 

Qriplə bağlı - Rəsmi açıqlama

23.11.2017  10:06 

Dünyanın ən gənc milyarderi oldu


BÜTÜN XƏBƏRLƏR +