Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək
Boğazında dərman qalan uşaq öldü
Dünən 26 nəfər saxlanılıb
Əfqanıstan müharibəsi bu tarixdə bitə bilər
Bakıda “Mercedes” alışdı
Şamaxıda zəlzələ oldu
I siniflərə qəbul qaydaları açıqlandı
Sabah Bakıda 11 dərəcə isti olacaq
AFFA bəyanat yaydı
İlk ödənişli yol bu il istifadəyə veriləcək


19.05.2017  14:17 

Hüquq müdafiəçiləri: “Ömürlük cəza varsa, ölüm hökmünə ehtiyac yoxdur”





A+  A-

1998-ci ildə dünyada ölüm cəzasını ləğv edən ölkələrin sayı 35 idi. Ancaq indi bu say artıb. Hazırda ölüm hökm daha çox Afrika, Orta Şərq və Asiya bölgəsindəki ölkələrdə mövcuddur.
Ölüm cəzası daha çox üç ölkədə reallaşır: İran, Pakistan və Səudiyyə Ərəbistanı.

Avropada isə bu cəzanın olduğu tək ölkə Belarusdur. Hələ də ölüm cəzası tətbiq edən 58 ölkə var. 35 ölkədə isə müharibə və ya fövqəladə vəziyyətlərdə ölüm hökmü tətbiq edilə bilər. Məsələn, İsraildə bu cəza sadəcə “soyqırımı” və “müharibədə vətənə xəyanət ” zamanı istifadə edilə bilər.
ABŞ, Çin, Hindistan, Yaponiya olmaqla Əfqanıstan, Banqladeş, Belarusiya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Fələstin, Iraq, İran, Küveyt, Kuba, Liviya, Misir, Pakistan, Somali, Tayvan, Vyetnam, Yəmən kimi ölkələrdə hələ də ölüm cəzası mövcuddur. Məsələn, ABŞ-ın 50 ştatının 31-də ölüm cəzası var. Hətta 2017-ci ildə 14, 2018-ci ildə 8, 2019-cu ildə isə 7 edam qərarı alınıb. Qonşu Türkiyədə ölüm hökmü 2004-cü ildə, Azərbaycanda isə 1998-ci il fevralın 10-da ləğv edilib.

Milli Məclisin sonuncu plenar iclasında çıxış edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev Azərbaycanda da ölüm hökmünün bərpası məsələsini qaldırıb. O deyib ki, amansız cinayət törədənlər, dövlətə xəyanət edənlərə ölüm hökmü tətbiq edilməlidir.

Qüdrət Həsənquliyev bu təklifi bir neçə gün öncə zərərsizləşdirilmiş vətənə xəyatətdə təqsirləndirlən şəbəkədən danışarkən səsləndirib. Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirlən azərbaycanlı hərbçilər və mülki şəxslərdən ibarət dəstənin hazırda istintaqı aparılır.

XəzərNews.az bildirir ki, Modern.az saytı deputatın təklifinə hüquq müdafiəçilərinin də münasibətini öyrənib. Həqiqətən də Azərbaycanda ölüm hökmünün bərpasına ehtiyac varmı?

Hüquq müdafiəçisi Səadət Bənənyarlı düşünür ki, ölüm hökmünün gündəmə gəlməsi düzgün deyil:
“Bir neçə məsələni nəzərə alsaq, bunu düzgün yanaşma kimi qəbul etmirəm. Ən azı ona görə ki, ömürlük cəza var və ölümdən də betərdir. Tətbiq edilən müəyyən cəza ilə ömrün sonuna qədər yaşamaq, cəmiyyət tərəfindən qəbul edilməmək cinayətkar insanlar üçün ölümdən pisdir. Hesab edirəm ki, ölüm hökmünü bərpa etmək olmaz. İnsan ömrünün alınması asan məsələ deyil”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyib ki, ölüm hökmünün bərpası üçün Avropa Şurası qarşısında tutarlı səbəblər irəli sürmək lazımdır:
“Ümumiyyətlə, Qüdrət Həsənquliyev bu günkü durumla, baş verən ağır hadisələrlə bağlı belə fikir səsləndirib. Bunu başa düşmək olar. Amma bir problem var. Hazırda Azərbaycan beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvüdür. Hələ 90-cı illərin sonunda Avropa Şurasına daxil olarkən Azərbaycan qarşısına qoyulan ilk tələb ölüm hökmünün ləğvi idi.
Həmin vaxt biz bu hökmü ömürlük cəza ilə əvəz etdik. İndi ölüm hökmü qüvvəyə minsə, təbii ki, Avropa Şurası qarşında tutarlı səbəblər irəli sürmək lazımdır. Yəni nəyə görə Azərbaycan yenidən ölüm hökmünün bərpa olunmasının tərəfdarıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ömürlük cəzanın olduğu yerdə ölüm hökmünə ehtiyac olmadığını vurğulayıb:
“Ümumiyyətlə, ölüm hökmü olmamalıdır. Ömürlük cəza varsa, buna ehtiyac yoxdur. Bilirsiniz, biz ölüm hökmünü Avropa Şurasına daxil olmaq üçün ləğv etmişdik. Əgər indi Avropada qalmaq, Avropaya inteqrasiya etmək istəyiriksə, ölüm hökmünü bərpa etməməliyik”.

Hüquq müdafiəçisi Arzu Abdullayevanın sözlərinə görə vaxtikən bu hökmün ləğvi üçün ciddi mübarizələr gedib:
“Biz hüquq müdafiəçiləri vaxtilə çox çalışırdıq ki, dövlətimizdə ölüm hökmü aradan götürülsün. Bu ifadə ümumiyyətlə, Azərbaycan gündəliyindən çıxarılsın. Biz hətta mərhum prezident Heydər Əliyevə bununla bağlı müraciət də etmişdik. Heydər Əliyev də ölüm cəzasını ləğv etdi.
HəmçininAvropa Şurasının da əsas şərti bu idi. Bir çox azərbaycanlıların həyatı hüquq müdafiəçilərinin birgə səyi nəticəsində qurtuldu. Ölüm hökmünün bərpası Azərbaycan üçün geriyə addım ola bilər. O cümlədən araşdırmalar göstərir ki, ölüm cəzası olan ölkələrdə cinayət daha çoxdur”.

Xəbər 1589 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.02.2020  12:27 

Dünən 26 nəfər saxlanılıb

22.02.2020  10:46 

Bakıda “Mercedes” alışdı

22.02.2020  10:12 

Şamaxıda zəlzələ oldu

21.02.2020  17:18 

“Valiko Həsrət” həbs edildi

21.02.2020  13:41 

Astarada narkotacirlər saxlanıldı

21.02.2020  12:57 

AFFA bəyanat yaydı

21.02.2020  11:37 

Bakıda yeni tunel çəkiləcək


BÜTÜN XƏBƏRLƏR +