İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


19.05.2017  09:37 

ANS-in qeyri-adi müraciəti ilə bağlı açıqlama





A+  A-

Yayımı dayandırılımış ANS telekanalının kollektivi 14 il öncə dünyasını dəyişən eks-prezident Heydər Əliyevə müraciət ünvanlayıb. ANS kollektivinin bir qisminin də çalışdığı istipress.com saytında dərc olunan müraciətdə onların səslərinə səs verilmədiyi və problemlər içərisində olduqları qeyd olunub.
XəzərNews.az xəbər verir ki, ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Yeni Müsavat”a bildirib ki, müraciəti heç də hansısa şəxsin fikri saymaq doğru deyil: “Bu müraciət tamamilə kollektivin fikridir. Orada yazılanlar nə mənim, nə Mir Şahinin, nə Vaqifin, nə də Seyfullanın sözləridir. Bütün vəziyyətimiz orada öz əksini tapıb. Bunun başqa cür izahı yoxdur. Biz çox pis vəziyyətdəyik və heç kim səsimizi eşitmir. ANS fəaliyyətdə olduğu zaman kollektiv işləyirdi, maaş alırdı və öz işlərini sevirdilər. Biz vaxtilə güllə altında işləmişik. Yaxşı, belə olan halda bizdən nə terrorçu çıxar ki? Kim işləmirsə, yalnız onların fəaliyyətində nöqsan olmur. Biz işlədiyimiz üçün nöqsanlarımız da olub. Nöqsan olanda cərimə etmək, cəza vermək olar. Ancaq bağlamaq doğru deyil. Vəziyyətimiz çox pisdir”.

Müraciətin hökumət tərəfindən necə qarşılanacağı barəsində isə Mais Məmmədovun fikirləri aşağıdakı kimidir: “Biz hökuməti söyməmişik, danlamamışıq, sadəcə olaraq, istəyirik ki, hökumət bizi eşitsin. Azərbaycan vətəndaşlarıyıq və buna da haqqımız var. Biz öz ölkəmizi çox sevirik və heç zaman aramızdan casus, terrorçu çıxmayıb, çıxa da bilməz. 79 yaşım var, özüm də şəkər xəstəsiyəm. Ayaqda güclə durduğum halda, işdən çıxmamışam. Yeganə jurnalistəm ki, mənə deyirdi-filan yerə getmə, ancaq gedirdim. İrandan reportaj verdiyim zaman uşaqlarımın həyatı təhlükə altına düşmüşdü. Yəni bizim hər birimizin iş xatirəsi, tarixi var. Hər nə isə...”

Onu da qeyd edək ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Mir Şahin Ağayev sosial şəbəkədə yazdığı statusda bildirib ki, ANS-i hakimiyyət yox, kütləvi laqeydlik bağlayıb: “Mənim davam hakimiyyətlə deyil, bu laqeydliklədir”.

Xəbər 831 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +