Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb
Hərbçilər Kupyanskda 14 ukraynalını geri aldı
Məşqçi faciəvi şəkildə vəfat etdi
Vahid Axundov vəfat etdi... - Prezident nekroloq imzaladı


18.05.2017  22:31 

Braziliya prezidenti rəsmən korrupsiyada ittiham olunur





A+  A-

Braziliya Federal Ali Məhkəməsinin hakimi Edson Fakin korrupsiyada ittiham olunan prezident Mişel Temerə qarşı cinayət işi açılmağına dair qərar qəbul edib.
XəzərNews.az-ın “Globo” telekanalına istinadən verdiyi məlumata görə, müvafiq tələb Federal Ali Məhkəməyə Baş Prokurorluq tərəfindən göndərilib. Bununla da 76 yaşlı prezident rəsmən korrupsiyada şübhəli hesab olunub.

Qeyd olunur ki, daha öncə braziliyalı sahibkarlar – Joesli və Uesli Batist qardaşları Federal Ali Məhkəməyə Mişel Temerlə bağlı səs qeydi veriblər. Qeyddə Temer eks-prezident Dilma Russefin impiçmentinin təşəbbüskarı olan parlamentin alt palatasının keçmiş spikeri Eduard Kunyunu pulla “almağı” təklif edib.

“Globo”nun məlumatına görə, pullar Kunyunun susdurulması üçün təklif olunub. Temer öz növbəsində, Kunyu ilə rüşvət söhbətini təkzib edib.

Xəbər 3157 dəfə oxunub.



15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı

15.12.2025  10:18 

Bakı metrosunda problem yaranıb


BÜTÜN XƏBƏRLƏR +