Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.04.2017  13:51 

Bakıya yeni prokuror təyin olundu





A+  A-

Bakı şəhərinə yeni prokuror təyin edilib.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib.

İ. Abbasov bu gün Bakı şəhər Prokurorluğunun kollektivinə təqdim olunacaq.

Qeyd edək ki, Bakı şəhər prokuroru olmuş Əziz Seyidovun səlahiyyət müddəti başa çatıb.

Aprelin 25-də Ə. Seyidov Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.

***

Lent.az xəbər verir ki, Naxçıvan şəhərində anadan olmuş 44 yaşlı İlqar Abbasov bu vəzifəyə təyin edilənədək müxtəlif vəzifələrdə çalışıb. O, daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.

İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb, hazırda təqaüddədir.

Xəbər 3113 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +