Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


25.04.2017  12:49 

“Yol hərəkəti haqqında“ qanun dəyişdi - YENİLİK





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, layihəyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.

Layihədə qeyd olunub ki, bu, texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.

Qeyd edək ki, bu qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinin - istehsal olunduğu vaxtdan 1 il müddətinə texniki baxışdan keçirilməməsi nəzərdə tutulur.

Qanuna əsasən, istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə - ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur.

Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər 3396 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +