Nazirin olduğu təyyarə problemlə üzləşdi
İranın cənubunda gəmi batıb
“Müəllimlərə jurnalı, şagirdlərə kitabları pulla satırlar“ - İDDİA
Anar Əlizadə Bakıya çağırıldı - Çıxışına “STOP“ qoyuldu
Azərbaycanda TIR sürücüsü özünü maşında asdı - Foto
Peskov: “Rusiya hazırda ölümcül müharibə aparır”
Putin və Rusiya ciddi iqtisadi böhran içindədir - Tramp
Şahin Şıxlinski barəsində qərar verildi
“Music Gallery” müştəriləri belə aldadır
Şahin Mustafayev Təbriz və Culfada səfərdə olub


22.04.2017  09:47 

“30 gün gediş haqqı ödəməyəcəklər”





A+  A-

"IV İslam Həmrəyliyi Oyunlarıın sınaq açılışında, açılış və bağlanış mərasimlərində müvafiq olaraq 23 min, 30 min və 60 min nəfərin iştirakı gözlənilir.
Qeyd edilən mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlər üzrə metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb olunub".

XəzərNews.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib. O bildirib ki, zərurət yaranacağı təqdirdə ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda saxlanılacaq:

"Bu istiqamətlər üzrə Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılar tərəfindən müəyyən edilən avtobus və sürücülərin siyahısı yekunlaşdırılıb.

Sınaq açılışı, açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların daşınması ekspress xətlər vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda həyata keçiriləcək. Bununla bağlı, agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və müvafiq razılaşmalar əldə edilib.

İctimai Nəqliyyat Terminalında avtobusların hərəkəti üçün Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında daşıyıcılar tərəfindən xüsusi texniki heyət ayrılıb, onların yoxlanılması üçün müvafiq qurumlara müraciət edilib.

Mayın 18-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da keçiriləcək iki futbol oyununda iştirak edəcək tamaşaçıların və digər şəxslərin daşınması üçün “Koroğlu” metrosu-“Dalğa Arena” istiqamətində xüsusi ekspress xəttin fəaliyyəti təmin ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər iştirakçıların) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən mayın 1-dən 30-dək ödənişsiz istifadəsi təmin olunacaq. Bu məqsədlə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən verilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib".

Xəbər 3250 dəfə oxunub.




24.09.2025  19:03 

İranın cənubunda gəmi batıb

24.09.2025  13:00 

İlhamə Elşadqızına hökm oxundu

24.09.2025  11:34 

Baş nazir QƏRAR İMZALADI

24.09.2025  10:43 

Bu ərazilərdə qaz olmayacaq

24.09.2025  10:41 

Xəzərdə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +