Lerikə güclü qar yağır
“Qarabağ” reytinqdə gerilədi
Trampdan Ərdoğanla bağlı “tvit“
Roma Papasından yeni QADAĞA
“Reket jurnalistlər”in istintaqı yekunlaşdı
Prezident iki rayonla bağlı fərman verəcək
Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ
Qırğız prezidentinin inaqurasiyası olub
Ermənistan atəşkəsi 122 dəfə pozdu
Azərbaycanda növbəti zəlzələ

      

19.04.2017  17:18 

Ehtiyatda olan general: “Budəfəki hərbi təlimlər əvvəlkilərdən fərqlənir”





A+  A-

Aprelin 16-dan etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərə Azərbaycan Ordusunun 30 min nəfərədək şəxsi heyəti, 250-dən artıq tankı və zirehli texnikası, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdirilir. Qəbul edilmiş qərara əsasən, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunur. Təlimlər aprelin 21-dək davam edəcək.

Bəs, budəfəki hərbi təlimlər əvvəlkilərdən hansı cəhətlərinə görə fərqlənir?

XəzərNews.az xbər verir ki, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov hərbi təlimlərlə bağlı Modern.az-a danışıb.

Yaşar Aydəmirov hazırda keçirilən təlimin yeni silah-sursatların, texnikaların, raketlərin sınaqları ilə digərlərindən fərqləndiyini qeyd edib.

“Bu tip təlimlər bizdə hər il keçirilir. Plandan kənar təlim deyil. Sınaq təlimlərinin bir hissəsi də bura əlavə oluna bilər. Təbii ki, bunlar planlı şəkildə olmalıdır. Həmçinin bu təlimlərdə texnikaların və raketlərin sınaqları da keçirilə bilər”.

Ehtiyatda olan general-leytenant bildirib ki, hansı ordu ki, təlimlər keçirmir, həmin ordunun döyüş qabilliyyəti yüksək səviyyədə olmur.

Xəbər 1468 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

24.11.2017  23:57 

Lerikə güclü qar yağır

24.11.2017  23:34 

Tovuzda ev yandı

24.11.2017  23:11 

“Qarabağ” reytinqdə gerilədi

24.11.2017  17:23 

Dollar həftəyə belə başlayacaq

24.11.2017  16:52 

Roma Papasından yeni QADAĞA


BÜTÜN XƏBƏRLƏR +