Qubada dağlıq ərazidə yanğın başlayıb
Xəzərdə zəlzələ
Ərdoğan Rusiyaya səfər edəcək
Evdən 14 min pul oğurladı
Suraxanıda 50 şam ağacı yandı
Yol Polisindən sürücülərə müraciət
Kaliforniyada qatar relsdən çıxdı, xeyli yaralı var
Kürdəxanıdakı qəzada sürücü öldü
Südçülük Sovxozunda bıçaqlanma
Fransa Azərbaycana yeni səfir təyin etdi


04.04.2017  12:42 

Yaz yorğunluğundan necə xilas olmaq olar?





A+  A-

Fəsil dəyişikliyi orqanizmdə bir sıra dəyişikliklərə yol açır və halsızlıq, yorğunluq kimi hallar özünü büruzə verir. Mütəxəssislər bu problemlərin yazın gəlişindən sonra təxminən 40 gün qədər davam etdiyini bildirirlər.
Psixoloq Azad İsazadə bildirib ki, fəslin dəyişməsi insanda orqanizmdə hansısa bir xroniki xəstəlik olanda ciddi problem yaradır: "Fəsil dəyişəndə orqanizmdə olan nevroz, təzyiq, şəkərli diabet və s. xəstəliklər oyanır. Ancaq sağlam orqanizmə sahib insanlar hər hansı problemlə rastlaşmır. Qışdan sonra orqanizm bir qədər zəifləyir, vitamin çatışmazlığı yaranır. Amma Azərbaycanda qış çox sərt olmadığından biz belə problemlərlə çox da rastlaşmırıq. Sağlam insanlarda problem yaranmasa da, xəstəliyi olanlarda fəsil dəyişikliyi zamanı bir müddət kəskin formaya keçir. Əgər insanlar özlərinə vaxtlı-vaxtında nəzarət etsələr, müalicələrini aparsalar, onda problem də aradan qalxar. Adətən, aprel ayından fəsil dəyişikliyi ilə bağlı vəziyyət sabitləşir".

Onun sözlərinə görə, yaz ayları başlayanda depressiya halları artır: "Əgər payız və qış aylarında insanda depressiya yaşanıbsa, yaz fəslində bu hal daha da dərinləşir. Yaz fəsli başlayanda orqanizm istər psixoloji, istərsə də fiziki olaraq zəifləyir, insanın müqaviməti azalır. Depressiya və nevroz özünü daha kəskin şəkildə büruzə verməyə başlayır. Belə insanları müalicə edən həkim və ya psixoloq onlara fevralın sonu və ya martda təzədən müalicə kursu keçmələrini izah etməlidir. Bəzi insanlar günəşi xoşlamır və axşam vaxtı, qaranlıq düşdükdən sonra özünü daha rahat hiss edir. Bu da depressiyanın əlaməti kimi qəbul oluna bilər. Məsələn, sağlam insan bayramda paxlava, qoğal, qoz-fındıq yeməklə orqanizmi möhkəmləndirir və heç bir narahatlıq hiss etmir. Bəlkə bayram adətlərinin də kökündə bədənə qüvvət vermək durur. Sağlam insan özünü bir müddət zəif, əzgin hiss edir və tez bərpa olunur".

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının dosenti, tibb elmləri namizədi İbrahim Əfəndiyev deyib ki, yazın gəlişi heç də bütün insanlarda yorğunluq yaratmır, onlara mənfi təsir göstərmir: "Sadəcə olaraq fəsil dəyişikliyinə görə orqanizmdə bir çox metobalik proseslər güclənir. Bəzi hallarda metobolik proseslərin fonunda xəstəlik olan orqanizmdə patoloji proseslərin aktivləşməsi özünü göstərir. Bu, özünü yorğunluq, halsızlıq, bəzən yuxuculluq formasında göstərir. Bu kimi hallar xüsusilə şəhər mühitinin əhalisində daha çox görünür, kəndlərdə yaşayanlarda az rast gəlinir. Ümumiyyətlə, orqanizmin yeni fəslə uyğunlaşma reaksiyası getdiyindən belə hallar baş verə bilər. Sağlam insanlarda belə halların baş verməsi isə müvəqqətidir".

Onun sözlərinə görə, orqanizmdə olan xəstəliklər payız və qış mövsümləri daxil olanda kəskinləşə bilər: "Xəstəliklərin kəskinləşməsi problemi olanda həkimə müraciət etmək lazımdır. Bu halla qarşılaşan şəxsin özünü müalicə etməsi yolverilməzdir. Bunun üçün ən azından sahə terapevtinə müraciət etmək lazımdır. Qan təzyiqinin ölçülməsinə, nəbzin sayılmasına nəzarət olunmalıdır. Ümumiyyətlə bədənin gümrahlığının qorunmasında rejimə əməl olunmasının böyük əhəmiyyəti var. Saatların irəli-geri çəkilməsi orqanizmə mənfi təsir göstərir. Uzun illərdir saatların yay və qış vaxtlarına keçirilməsi orqanizmə güclü təsir göstərirdi. Bu baxımdan yuxu, qidalanma rejiminə əməl etmək bu kimi halların aradan qalxmasında, yaranmamasında vacib rol oynayır. Təzyiqi olan insanlarda baharın gəlişi ilə əlaqədar yorğunluq və s. təsirlərdən təzyiqin yüksəlməsi halları ola bilər. Ürək patologiyası olanlar, həzm sistemində xora xəstəliyi olanlar əziyyət çəkə bilər. Şəkərli diabet xəstələri ümumi yorğunluqla qarşılaşa bilər".

Həkim yaz aylarında baş verən yorğunluğun, əhval-ruhiyyədə yaranan gərginliyin aradan qaldırılması üçün vitaminli qidalara üstünlük verilməsinin vacib olduğunu söyləyib: "Bunun üçün çoxlu meyvə-tərəvəz, göyərti qəbul etmək lazımdır. Parnik tərəvəzləri məsləhətli deyil, göyərti daha əlverişlidir. Çoxlu maye qəbul etmək vacibdir. Yazın gəlişi ilə orqanizmdə baş verən dəyişikliklər adətən aprelin ortalarına kimi davam edir. Təxminən 40 gün sonra orqanizm adaptasiya olur. Əgər imkan varsa, şəhərdən çıxıb sakit bir yerdə istirahət etmək lazımdır. Ürək-qan damar, sinir, əsəb pozğunluğu, revmatik xəstəlikləri olanlar bu dövrdə daha həssas olurlar. Qidalanma və yuxu rejimi ilə bu hal aradan qalxmadığı təqdirdə insanlar həkimə müraciət etməkdən çəkinməməlidir".

Xəbər 794 dəfə oxunub.



24.08.2019  17:18 

Ronaldo bina satın aldı

24.08.2019  11:09 

Yenə atəşkəs pozuldu

24.08.2019  10:32 

Şəkidə 200 ha sahə yandı

24.08.2019  10:04 

Xəzərdə zəlzələ

24.08.2019  09:57 

Ərdoğan Rusiyaya səfər edəcək

23.08.2019  18:11 

Evdən 14 min pul oğurladı

23.08.2019  17:54 

Suraxanıda 50 şam ağacı yandı

23.08.2019  15:11 

Südçülük Sovxozunda bıçaqlanma

23.08.2019  13:11 

Sabah 40 dərəcə isti olacaq

23.08.2019  12:58 

“Mercedes” qaçırdı, tutuldu

23.08.2019  12:09 

Sürücülərin diqqətinə

23.08.2019  11:21 

İranda 13 alpinist itkin düşüb

23.08.2019  10:08 

İranda 2 deputat həbs olundu


BÜTÜN XƏBƏRLƏR +