Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


28.03.2017  17:03 

Rayonlarda eşşəklərin mühafizəsi gücləndirildi





A+  A-

Azərbaycanın bir çox dağ rayonlarında və kəndlərində uzunqulaqların mühafizəsi gücləndirilib. Bu hal, xüsusilə Qərb bölgəsində vətəndaşların təsərrüfatda istifadə etdikləri uzunqulaqların yoxa çıxmasından sonra müşahidə edilməyə başlayıb.
Qərb rayonlarından kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, son vaxtlar uzunqulaq oğruları peyda olub. Oğurlanan eşşəklərin kolbasa-sosiska sexlərinə verilməsi, hətta Bakıda dana əti adı altında satışa çıxarılması barədə iddia irəli sürənlər də var.

Qeyd edək ki, məsələ Kənd Təsərrüfatı Nazirliyinin də diqqətindədir. Nazirliyin mütəmadi keçirdiyi reydlərdə istifadəyə tam yararsız və insan sağlamlığına ciddi təhlükə yarada biləcək ətlər aşkarlandığı hər kəsə bəllidir.

Əslində rəsmi statistika da respublika ərazisində uzunqulaqların sayında kəskin azalma olduğunu təsdiq edir.
XəzərNews.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il yanvarın 1-i vəziyyətinə görə Azərbaycanda 35 816 uzunqulaq var.

2015-ci ilin analoji dövründə respublika ərazisində 39 992 uzunqulaq mövcud olub.

2015-ci ilin anoloji dövrü ilə müqayisədə 2016-cı ildə Azərbaycanda eşşəklərin sayı 4176 baş azalıb.

Məlumatda bildirilib ki, uzunqulaqların 78,3 faizi regionlarımızda əsasən yük daşımalarına cəlb olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.

Xəbər 3207 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +