Kərkük taktikası Qarabağa tətbiq oluna bilərmi?
Bakıda torpaq bahalaşıb
ÇL-də üçüncü tura start verilir
İlham Əliyevin İsveçrəyə səfəri BAŞA ÇATDI
Neft 20 dollara qədər ucuzlaşa bilər
Müşfiq Mədətov DANIŞDI - “Məni polis idarəsində ...”
Vəkil Aslan İsmayılova cinayət işi açıldı
“Qarabağ”dan tarixi qələbə
Bakıya intensiv yağış, rayonlara qar yağacaq
Mədətov indi hardadır?

      

28.03.2017  11:05 

Bakının yarımçıq “göydələnləri”...





A+  A-

Son 10 ildə Bakıda yüzlərlə çoxmərtəbəli bina inşa olunub. Yaraşıqlı, göz oxşayan çoxmərtəbəli binalar paytaxta estetik gözəllik verməklə yanaşı, sakinlərin mənzil probleminin qismən həllində də mühüm rol oynayıb.
Bakıda istifadəyə verilən çoxmərtəbəli evlərlə yanaşı, tikintisi yarımçıq qalmış binalar da az deyil. Dünya ölkələrinin təcrübəsində bu cür yarımçıq binalar ya hərraca çıxarılır, ya da dövlət tərəfindən satın alınır. Bundan sonra isə o binaların tikintisi başqa şirkətə həvalə edilir. Çünki zaman keçdikcə, yarımçıq tikili aşınmaya məruz qalır.

Bəs Bakıda tikintisi yarlmçıq saxlanılmış çoxmərtəbəli binaların tamamlanması üçün hansı addımlar atılmalıdır?

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Bakı şəhəri çoxlu turist qəbul etdiyi üçün yarımçıq binalar paytaxtın görünüşünə xələl gətirir. Buna görə də, onlarla bağlı siyahıyaalma aparılmalıdır.

“Yarımçıq binaların tamamlanması üçün müvafiq addımlar atılmalıdır. Bir vaxtlar kooperativ təşkilatlar Bakıda bəzi binalar tikib, yarımçıq saxlayıblar. Müəyyən özəl təşkilatlar da var ki, onların da inşa etdiyi xeyli sayda bina müaliyyə çatışmazlığı səbəbindən yarımçıq qalıb. Belə binaların tamamlanması üçün Bakı Şəhər İcra Hakimiyyəti müəyyən qərar verməlidir. Yəni ya həmin binalar tikilib istifadəyə verilməlidir, ya da həmin binalara cavabdeh olan özəl təşkilatlar bir qərara gəlməlidir. Bunun çıxış yolu yalnız belədir. Bazar iqtisadiyyatı prinsipləri sahəsində hansı qanunlar varsa, ona uyğun da addım atılmalıdır”.

Vahid Əhmədov deyib ki, dövlət sahibkarın binasını məcburi şəkildə əlindən ala və sata bilməz.

“Ancaq hansısa bir təklif verə bilər. O cümlədən, Bakı Şəhər İcra Hakimiyyəti də sahibkara təklif verə bilər. Əgər həmin təklif sahibkara sərf etsə və razılığını versə, o zaman dövlət həmin binanı sata ala və ya təmir edib yenidən istifadəyə verə bilər. Bu da hökumətlə, Bakı Şəhər İcra Hakimiyyətilə qurulmuş dialoqdan asılıdır”.

Xəbər 678 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

17.10.2017  09:33 

Azərcell-ə STOP!

17.10.2017  09:25 

Bakıda torpaq bahalaşıb

16.10.2017  18:46 

Sabahkı məzənnə

16.10.2017  16:54 

Kərkükdə 4 il sonra bir İLK

16.10.2017  14:43 

“Qarabağ”dan tarixi qələbə

16.10.2017  12:37 

Ağzını açmadan 250 min qazanacaq


BÜTÜN XƏBƏRLƏR +