Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.03.2017  23:17 

Tramp və Merkel arasında soyuq görüş - VİDEO





A+  A-

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə keçirilən görüşdə liderlər şəkil çəkilən zaman bir-birlərinə əl verməyiblər. Halbuki görüş başlamazdan öncə jurnalistlər siyasətçilərdən bir-birlərinə əl verməyi xahiş edib.
Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib.
KİV-lərin qənaətinə görə, Donald Tramp salonda səs-küy səbəbindən fotojurnalistlərin çağırışını sadəcə eşitməyib. Buna baxmayaraq Tramp və Merkel arasında keçirilən ilk görüşün adıçəkilən epizodu İnternetdə sürətlə yayılmağa başlayıb. Bəziləri Trampın uzunsürən salamlamaları xoşladığını, Yaponiya baş naziri Sindzo Abenin əlini 19 saniyə sıxdığını xatırlayıblar.


Xəbər 4177 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +