Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


05.03.2017  16:36 

Abdiə QALMAQALI böyüyür - Cavid Qurbanovun gizli planı





A+  A-

"Azəravtoyol” ASC-nin şair Mikayıl Müşfiqin Bakıdakı abidəsini (Statistika dairəsi) özbaşına götürməsinə görə yaranmış qalmaqal böyüyür.
Qeyd edək ki, "Azəravtoyol”un bu əməlinə ölkə başçısı İlham Əliyev də qarışmalı oldu. Prezidentin köməkçisi Əli Həsənovun məlum açıqlamasından sonra isə "Azəravtoyol” bu işə məsul olan bir neçə əməkdaşı cəzalandırdı.

"Azəravtoyol”dan bildirildi ki, kobud şəkildə qanun pozuntusuna yol verdiklərinə görə MMC-nin iş icraçısı Ramiz Tapdıq oğlu Rəhimov tutduğu vəzifədən azad edilib. Həmçinin müəyyən edilib ki, "8 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələri yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Bu səbəbdən də MMC-nin direktoru Əliheybət Balakişi oğlu Şirinova xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Yuris Xələf oğlu Hüseynova töhmət verilib.

Maraqlıdır ki, adıçəkilən şəxslər "Azəravtoyol”la əməkdaşlıq edən podratçı şirkətlərin nümayəndələridir.

XəzərNews.az bildirir ki, bu arada Mia.az-a verilən məlumata görə, adıçəkilən MMC-nin direktoru Əliheybət Şirinov maliyyə naziri Samir Şərifovun yaxın adamıdır. Yəni onun himayəsi ilə dövlətin böyük layihələrindən pay alır.

"Nazir Samir Şərifovun sayəsində Əliheybət Şirinovun əl-qolu hər tərəfə uzanıb. Hətta Maliyyə Nazirliyinə məxsus binanın təmirini də bu şəxs həyata keçirib”,- deyə məlumatda bildirilir.

Məlumata görə, Samir Şərifovun dəstəyi ilə Əliheybət Şirinovun şirkəti "Qaçqınkom”un da sifarişlərini həyata keçirib. Yəni, bu şəxs hər zaman önəmli və böyük layihələr icra edir: "O, maliyyə naziri tərəfindən himayə olunduğu üçün özünü həddindən artıq rahat hiss edib. Elə bu rahatlıqla da Mikayıl Müşfiqin abidəsinin sökülməsinə qərar verib. Məsələnin böyüməsi onu hədəfə çevirsə də, Samir Şərifovun dəstəyi ilə bu prosesdən daha az zərərlə çıxa bilib”.

Göründüyü kimi, abidənin götürülməsinə görə ittiham olunanların, əslində, Saleh Məmədovdan daha çox, digər nazirə bağlı olduğu iddia olunur.

Belə bir gərgin vaxtda "Azəravtoyol” ASC-nin "Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdiriləcəyi xəbəri isə abidə qalmaqalının əslində, məmurlar arasındakı qrup savaşından qaynaqlandığını gündəmə gətirib.

Birləşdirmə xəbərinin "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun himayəsində olduğu iddia edilən saytlarda yer alması təsadüfi olmayıb: "Görünür, nəqliyyat naziri Ziya Məmmədovun süqutundan sonra Cavid Qurbanov yol təsərrüfatında super gücə çevrilmək istəyir. Hətta bu məqsədinə nail olmaq üçün çox ustalıqla irəliləyir".

Məlumatda qeyd edilir ki, artıq Gürcüstan, Türkiyə və digər ölkələrin rəsmi şəxsləri ilə isti münasibətlər quran C.Qurbanov hakimiyyət düşərgəsində də mövqelərini möhkəmləndirir. Məhz bu üstünlüklərinə güvənən C.Qurbanov struktur islahatı çərçivəsində "Azəravtoyol”u da nəzarətinə keçirməklə, daha böyük planına doğru addım atır. İddia edilir ki, Cavid Qurbanov abidəylə bağlı yaranan qalmaqalı fürsət sayaraq, həm də "Azəravtoyol”un rəhbəri Saleh Məmmədovla illər əvvəl aralarında yaranan narazılığın qisasını almaq istəyir.

Mənbə bildirib ki, S.Məmmədov vaxtı ilə C.Qurbanovun tabeliyində işləyib. C.Qurbanov isə onu bir neçə dəfə işdən uzaqlaşdırmaq istəyib. Lakin onun bu cəhdlərinin qarşısı o vaxt nəqliyyat naziri Ziya Məmmədov tərəfindən alınıb. Həmin dövrlərdə S.Məmmədov da boş dayanmayıb. O da hakimiyyətdəki ən nüfuzlu şəxslərdən biriylə münasibətlər quraraq, C.Qurbanovla "döyüşüb”.

Məlumatlı şəxs deyir ki, hazırkı dönəmdə "Azəravtoyol”un "Dəmiryolu”na birləşdirilməsi praktik baxımından mümkün olsa da, hakim komandadakı duruma görə, vəziyyət bir qədər fərqlidir. Bu isə C.Qurbanovun istəyinə asanlıqla çatmasına mane ola bilər...

ötən gün Saleh Məmmədovun "Azəravtoyol” ASC "Azərbaycan Dəmir Yolları” QSC ilə birləşdirilməsi xəbərinə verdiyi reaksiya da Cavid Qurbanov üçün "asan yem olmayacağı" qənaətini gücləndirir:

"Saleh Məmmədov bu barədə suala elə bir diplomatik şəkildə cavab verdi ki, birləşmə xəbərindən sevincək hala düşənləri çox sərrast şəkildə fakt qarşısında qoydu. Üstəlik, o, bu məsələnin ölkə başçısının səlahiyyətində olduğunu deməklə, rəqibinə sərrast mesaj verdi: "Avtomobil yolunun dəmir yolu ilə birləşdirilməsi necə ola bilər axı? Bir də ki, bu cür məsələlərə ölkə başçısı qərar verir, kiminsə fikri ilə bu işlər olmaz. Kimin nə deməyindən asılı olmayaraq, biz öz işimizi görürük. Ölkə üçün gözəl yollar çəkirik".

Göründüyü kimi, Saleh Məmmədov belə bir istəyi kim və ya kimlərinsə arzulamasından aslı olmayaraq, reallaşacağını mümkün saymayıb. Hətta o, belə bir istəyə düşənləri dolayısı ilə prezidentin iradəsini nəzərə almadan ictimai rəydə çaşqınlıq yaratmaqda ittiham edib. Bütün bunlar isə ona dəlalət edir ki, Cavid Qurbanov keçmiş işçisini asanlıqla ram edə bilməyəcək".

Xəbər 3709 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +