Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.03.2017  14:41 

“Azəriqaz”ın “qaynar xətti”nə niyə düşmək olmur?..





A+  A-

Son zamanlar vətəndaşların “Azəriqaz”la bağlı şikayətləri artıb. Vətəndaşlar bildirilər ki, “Azəriqaz “ İstehsalat Birliyinin “qaynar xətti” ilə əlaqə saxlaya bilmirlər. Həmçinin yaşadıqları ərazilərdə mavi yanacağın tez-tez kəsilməsi hallarına rast gəlirlər.
"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, rejimdən asılı olaraq çağırışlar çox olanda vətəndaşlar gözləmə mövqeyində dayanmalıdırlar.

“Ona görə də kim ki səbirsizlik edib gözləmirsə, yəqin ona görə belə deyir. “Azəriqaz “ İstehsalat Birliyinin 104 və 185 saylı çağrı mərkəzi sutkanın 24 saatı fəaliyyət göstərir”.

Qurum rəsmisi qaz kəsilmələrinin tez-tez olmadığını da deyib.
“Hazırda elə bir ərazi yoxdur ki, orada qaz olmasın. Nə vaxt ki, qaz təchizatında məhdudiyyət olur, bununla bağlı əvvəlcədən həmin rayon üzrə ictimaiyyətə “Azəriqaz “ İstehsalat Birliyi tərəfindən elan edilir. Onu da qeyd edim ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində 69 çoxmərtəbəli binanın qaz xəttinin açılması təmin edilib. Bu da ümumilikdə 3488 mənzili əhatə edib”.

(modern.az)

Xəbər 4783 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +