Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.03.2017  22:21 

Bakıda tələbələr dalaşdı - 20 manata görə qan tökdülər





A+  A-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Binəqədidə bıçaqlaşıblar.
XəzərNews.az sputnik.az-a istinadən xəbər verir ki, hər şey fevralın 27-də Talıb və 1997-ci il təvəllüdlü Quliyev Asim Nazim oğlu adlı iki tələbənin pul üstündə mübahisəsindən başlayıb. Talıb Asimdən 20 manat pul tələb edib və onu döyüb. Münaqişə martın 1-nə qədər davam edib.

Martın 1-də, gecə saat 00:10-da Talıb və onun 8 nəfərdən ibarət dəstək qrupu Binəqədi rayonundakı İsmayılov küçəsində Asimin qohumları ilə toqquşub. Davaya Asimin qardaşı Rəşad Quliyev (1991-ci il təvəllüdlü), qohumları Abdullayev Röyal Məhərrəm oğlu (1989-cu il təvəllüdlü), Hüseynov Elnur Yusif oğlu (1989-cu il təvəllüdlü) və Abdullayev Vüsal Qasım oğlu (1991-ci il təvəllüdlü) gəlib. Bu davada Röyal Abdullayev və Elnur Hüseynov bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı polis bölməsinin əməkdaşları xuliqanlıqda şübhəli bilinən Novruzov Talıb Əsəd oğlunu (1996-cı il təvəllüdlü) və Əhmədov Eldar Elman oğlunu (1996-cı il təvəllüdlü) saxlayıblar. Davanın daha bir iştirakçısının 1995-ci il təvəllüdlü Mirmehdi Əsədov olduğu müəyyənləşdirilib.

İnsidentin digər iştirakçılarının axtarışı davam edir.

Xəbər 4633 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +