İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


01.03.2017  11:15 

Məmmədovlar erası bitdi - Müdhiş biznes şəbəkəsi də dağılır





A+  A-

Nəqliyyat naziri olmuş Ziya Məmmədovun nəhəng biznes şəbəkəsi tək-tək əlindən çıxmaqdadır
Məlumata görə, onun kommersiya məntəqələrinin əsas aparıcı olan oğlu Anar Məmmədov da atasının üzündən biznesini itirir.

Məlumatlı mənbənin sözlərinə görə, “Garant” holdinqə məxsus “Royal İsteyt” MMC, “Qarant Tour” MMC və “English Yard” MMC rəsmən çöküb. Bir vaxtlar ofisi avtovağzalda yerləşən “Royal İsteyt” MMC-nin 28 May keçidindəki pbyektləri əlindən alındı.

Çox maraqlıdır ki, sahibkarlara bu yerləri satanda MMC-nin işçiləri əmin ediblər ki, burada başqa heç bir problemdən söhbət gedə bilməz. Köşklər söküləndə özlərini kənara çəkərək, “bizlik heç nə yoxdur” - deyiblər.

Məmmədovlar ailəsinin biznes imperiyasında əsas yeri tutan şirkətlərdən biri kimi “Garant Holding” 17 şirkəti özündə birləşdirirdi. Holdinqin direktorlar şurasının sədri Anar Məmmədovun özüdür.

Şirkət 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib. Holdinqin tərkibinə “Qarant Sığorta” və “Goranboy Gips” açıq səhmdar cəmiyyətləri, “Azbentonit”, “Royal İsteyt”, “Qarant Tour”, “English Yard”, “Quba Olimpiya Kompleksi”, “Avto-Media”, “Ucar Aqro”, “M.Trans”, “Ameritex”, “Transevrokom”, ” Zqan konstrakşn”, “Turbo.az”, “Qarant Sığorta Agenti”, “Quba Resort”, “AFK”, “Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətləri daxildir.

Məlumata görə, bu holdinqin çöküşü və müəssisələrin fəaliyyətini dayandırması Məmmədovların biabırçı məğlubiyyətidir.

Fevralın 17-də Ziya Məmmədovun Şirvanda Salyan və Neftçala sakinlərini qəbul edəcəyi ilə bağlı xəbər yayılır və bir neçə saat sonra vəzifədən uzaqlaşdırılır.

Deməli, Ziya Məmmədov sərəncamdan xəbərsiz olub. Sərəncamdan sonra mətbuata verdiyi açıqlamada çaşqınlıq içində olduğunu gizlətməyən Ziya Məmmədov bir daha bu hərəkətləri ilə xəbərsiz olduğunu təsdiqləyib.

Əgər Ziya Məmmədova hansısa vəzifə veriləcəyi vəd olunsaydı o zaman belə çaşqınlıq yaşamazdı. Bütün bunlar deməyə əsas verir ki, Ziya Məmmədovu daha heç bir və da ciddi vəzifə gözləmir.

Və ya əksinə… Nəzərə alsaq ki, Ziya Məmmədov hakimiyyətə sadiqliyi ilə həmişə seçilib. Uzun illər korrupsiyalaşmış quruma rəhbərlik etsə belə nazir kimi xidmət göstərib, ciddi layihələrin işlənməsinə rəhbərlik edib.

Məsələn, Eldar Mahmudovdan fərqli olaraq Ziya Məmmədovun uzaqlaşdırılması ciddi hadisə şoku yaratmadı. Hətta bəzi mətbu orqanlar bu xəbəri səliqəli dərc etdi.

Bir sözlə, Ziya Məmmədov üçün Nəqliyyat nazirliyi erası bitdi. Qarşıda nələr olacağını isə söyləmək çətindir. Ziya Məmmədovun vəzifə verilməyəcəyi real görünür.

Hökumətin təcrübəsində belədir: Hansı məmur özünün xəbəri olmadan işdən çıxarılırsa, yaxud rəhbərlik etdiyi qurum ləğv olunursa, ona vəzifə verilmir. Tağı Əhmədov və başqa nümunələr var.

Bununla da vaxtilə gur-gur guruldayan, kimsəni saymayan, qoçuları sürücü və jurnalist döyən, milyardlara sahiblənən, holdinqlərə, villalara malik olan Məmmədovlar erası bitdi.

(politika.az)

Xəbər 3450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +