Bu keçid bağlanır
Bakıda 17 yaşlı qıza təcavüz edilib
84 yaşlı kişi özünü asdı
Bu yay 29 nəfəri gün vurub
“Qara qutu” Azərbaycanda tədqiq olunacaq
Sabah da 42 dərəcə isti gözlənilir
Hindistanda sel daha 58 nəfəri öldürdü
Bu rayonlar qazsız qalacaq
Rusiya CNN-ə 200 min cərimə kəsdi
Obama, Zukerberq və Geyts Ermənistana gedir


17.02.2017  13:52 

“Elektron KİV-lərə ayrılan maliyyə bütün portalları əhatə etməyəcək”





A+  A-


“Əvvəllər məmur jurnalistlərdən yazır, jurnalistlər də məmurların qəbuluna düşə bilmirdilər. Lakin hazırda bu mif aradan qalxıb”.

XəzərNews.az xəbər verir ki, bunu KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Məclisdə KİV nümayəndələri ilə keçirilən görüşdə çıxışı zamanı deyib.

Elektron medianın maliyyələşməsi ilə bağlı KİV rəhbərlərinin suallarını cavabandıran V.Səfərli bildirib ki, KİVDF yarandığı gündən yalnız çap mediasına dəstək göstərir və hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır.

“Bilirsiniz ki, dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə müzakirə olunur. Ötən il və bu il bir çox qurumların büdcə vəsaitləri azaldılıb. Lakin KİVDF-yə ayrılan vəsait azalmayıb. Hətta ötən il mətbuat günündə gündəlik qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə 1 milyon da ayrıldı. Elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Bu gün elektron mətbuatın maliyyələşməsi gündəmdədir. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq”.

İcraçı direktor elektron mediaya ayrılacaq vəsaitin bütün portallara şamil edilməyəcəyini qeyd edib.

“Elektron mediaya maliyyə ayrıldıqda hesab etmirəm ki, bütün portalar bundan yararlana biləcəklər. Çünki, bu gün xəbər portallarının əksəriyyəti bir-birindən köçürərək fəaliyyət göstərir. Belə olan halda, onlara nə ehtiyac var? Lakin elə saytlarımız da var ki, onlar bir neçə dildə fəaliyyət göstərir, digərləri həqiqətlərimizin dünyaya çatdırılmasında xidmətlərə malikdir. Təbii ki, ilk növbədə belə saytlar maliyyələşəcək. Hər gün saysız-hesabsız portallar yaranır. Elə adam var ki, onun 10-12 saytı var. Bu o demək deyil ki, dövlət onların hamısına dəstək göstərəcək. İlk növbədə xarici dillərdə yayımlanan saytlara dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək”.

 



Xəbər 13128 dəfə oxunub.




21.08.2019  20:37 

Məhərrəm Qurbanov vəfat etdi

21.08.2019  18:11 

Məzənnə eynidir

21.08.2019  17:38 

Bu keçid bağlanır

21.08.2019  16:24 

84 yaşlı kişi özünü asdı

21.08.2019  14:54 

Bu yay 29 nəfəri gün vurub

21.08.2019  12:08 

Sudan tarixində ilk

21.08.2019  11:09 

“Barselona“ Dembeleni də itirdi

21.08.2019  09:46 

Bu rayonlar qazsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +