15.02.2017 11:12
Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs yaxalanıb.
XəzərNews.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, fevralın 14-də saat 15:10 radələrində sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb, silahlı müqavimət göstərərək qaçmağa cəhd edib. Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq edib və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalayıblar.
İlkin tibbi yardım göstərildikdən sonra yaralı şəxsin Samux rayonu Salahlı kənd sakini, 1966-cı il təvəllüdlü Qarayev Məhəmməd İsa oğlu olduğu müəyyən edilib və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
|
03.12.2024 16:44
Hakan Fidan səfirliklər və nümayəndəliklər üçün yeni vəzifələr barədə məlumat verib
03.12.2024 16:22
“Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb -Dodaquçuqladan məbləğ
03.12.2024 15:16
Azərbaycan və Ukrayna Milli Kinematoqrafçılar İttifaqı arasında memorandum imzalanıb -Fotolar
03.12.2024 15:10
Əhməd Vəliyevin bankında minlərlə yerli və xarici müştərinin pulları batıb - Hüquqşünas
03.12.2024 13:35
03.12.2024 11:29
03.12.2024 01:34
02.12.2024 18:03
02.12.2024 17:12
30.11.2024 18:31
29.11.2024 22:14
“PR uğurları: Gənclər üçün Kommunikasiya Bacarıqları Məktəbi” layihəsi keçirilib - Fotolar
29.11.2024 19:35
29.11.2024 19:32
29.11.2024 18:48
29.11.2024 16:10
Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41-ci ildönümü qeyd edilib -Fotolar
28.11.2024 21:13
28.11.2024 12:11
28.11.2024 10:38
27.11.2024 20:28
Azərbaycanlı “oğrular” yenə bir-birlərinin qanını tökdü - Video
27.11.2024 15:06
26.11.2024 18:18
25.11.2024 18:38
25.11.2024 12:22
Şimali Kipr Türk Cümhuriyyətinin yaranması ilə bağlı parad keçirilib
25.11.2024 11:42
23.11.2024 18:37
23.11.2024 14:13
23.11.2024 14:08
23.11.2024 14:03
23.11.2024 13:59
23.11.2024 13:54