I siniflərə qəbul qaydaları açıqlandı
Sabah Bakıda 11 dərəcə isti olacaq
AFFA bəyanat yaydı
İlk ödənişli yol bu il istifadəyə veriləcək
Erməni snayperləri mövqelərimizi atəşə tutdu
Kolleclərə tələbə qəbulu elan edilir
Novruz çərşənbələrinin tarixləri açıqlandı
Hər gün sarımsaq yeməyin FAYDALARI
Koronavirus sutka ərzində 118 nəfəri öldürdü
İraq İrana uçuşları dayandırdı


08.02.2017  23:17 

Banklarda manat qıtlığı: 600 milyon manat dövriyyədən çıxarılıb





A+  A-


İlin ilk ayından başlayaraq banklarda manat qıtlığı yaşanır. Əksər banklar müştərilərə nəğd manat verməkdə çətinlik çəkir. Bank əməkdaşları bunun onlar üçün də xoş olmadığını bildirməklə yanaşı, problemi həm xarici valyuta satıb manat alanların çoxluğu, həm də Mərkəzi Bankdan pul götürməkdə yaranan çətinliklərlə izah edirlər. Bu isə iş adamlarına hesablarında olan manatdan istifadə etməkdə, nəticədə həm də əmək haqlarının ödənilməsində çətinlik yaradır.

XəzərNews.az-ın məlumatına görə, yaranmış problemi Modern.az saytına şərh edən iqtisadçı ekspert Samir Əliyev deyir ki, əsas səbəblərdən biri manata qarşı olan təzyiqin qarşısını almaq üçün atılan addımdır: “Manata olan təzyiqin qarşısını almaq yollarından biri də dövriyyədə olan pul kütləsini məhdudlaşdırmaqdır. Hazırda Mərkəzi Bankın manatı qorumaq üçün istifadə etdiyi ən əsas vasitələrdən biri budur. Məsələn yanvar ayında pul bazası 6.7 faiz azalıb.  Yəni pul bazası 7.9 milyard manatdan 7.3 milyard manata qədər azalıb. Bu o deməkdir ki, 600 milyon manat dövriyyədən çıxarılıb. Pul bazası və pul kütləsi arasında müəyyən fərq var. Belə ki, hər iki termin banklarda olan nağd puldan gedirsə də, pul bazası banklarda olan nağd pul və əlavə olaraq bankların Mərkəzi Bankda olan ehtiyyatlarıdır. Pul kütləsi isə banklarda  olan nağd pul və əlavə olaraq bankların özlərində olan pul, yəni nağdsız dövriyyədir. Amma bunların hər ikisinin kökündə nağd pul dayanır. Devalvasiya başlayandan onsuz da pul kütləsi qıtlaşmışdı, amma bu ilin yanvar ayından başlayaraq isə əlavə 6.7 faiz pulun dövriyyədən çıxarılması manat qıtlığını daha qabarıq biruzə verir”.

S.Əliyevin qənaətinə görə, qarşıdakı aylarda manat qıtlığının aradan qalxması Mərkəzi Bankın addımlarından asılı olacaq: “Əgər Mərkəzi Bank  bazardan xarici valyuta alacaqsa, onun əvəzində mazara manat kütləsi daxil olacaq. Həm də hazırda ilin əvəli olduğundan büdcə açılımı yoxdur. Budcədən vəsait ancaq əmək haqqı və digər sosial ödənişlərin edilməsi üçün aparılır. Büdcədən investiya yönümlü vəsaitlər ayrılmır. Büdcə açılımı olandan sonra bazara əlavə manat daxil olacaq. Dövriyyəyə əlavə manat buraxıldıqda isə manatın dollar qarşısında ucuzlaşması qaçılmaz dır. Bu mənada Mərkəzi Bank hələ ki, ehtiyyatlı addım atır”.

 



Xəbər 404 dəfə oxunub.




21.02.2020  17:18 

“Valiko Həsrət” həbs edildi

21.02.2020  13:41 

Astarada narkotacirlər saxlanıldı

21.02.2020  12:57 

AFFA bəyanat yaydı

21.02.2020  11:37 

Bakıda yeni tunel çəkiləcək


BÜTÜN XƏBƏRLƏR +