Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


08.02.2017  10:51 

“Bəzi sərgərdan insanlar yalan informasiya verir”





A+  A-

 

“Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev Belçikaya rəsmi səfər edib və Belçika Kralı, Avropanın ayrı-ayrı strukturlarının rəhbərləri ilə çox mühüm görüşlər keçirib. Lakin Avropada olan bəzi sərgərdan insanlar bu səfərə kölgə salmağa və ya səfərin mahiyyəti ilə bağlı yalan informasiya verməyə çalışırlar. Bunlardan biri də Leyla Yunusdur”.

XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Leyla Yunusun bu cür hərəkət etməsinin səbəbi məlumdur: “Milliyyətcə erməni olan bir adamdan bundan artıq nə gözləmək olar?! Cənab Prezidentin Brüsseldə Belçika Kralı, Avropa strukturlarının rəhbərləri ilə keçirdiyi görüşlər, apardığı danışıqlar, Belçika tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bir daha dəstəklənməsi, təbii ki, bunları narahat edir, o cümlədən erməni lobbisini. Avropa çalışır ki, Azərbaycanla münasibətləri möhkəmləndirsin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və digərləri istər çıxışlarında, istərsə də görüşlərində Azərbaycanla əlaqələrlə bağlı öz fikirlərini bildirdilər”.

Millət vəkili qeyd edib ki, L.Yunus Avropa üçün lazımsız bir adamdır: “Avropa İttifaqı da başa düşür ki, Leyla Yunus yararlı deyil. Hətta onları saxlamaq baha başa gəlir. Bu baxımdan ayrı-ayrı ölkələr hesabına bunlara yardım göstərirlər ki, orada yaşasınlar. Leyla Yunus iddia edir ki, Avropada filankəslə görüşdüm, bəhmənkəslə görüşdüm. Axı sən hansı səlahiyyətə maliksən, kimsən ki, səninlə görüşsünlər?!”

S.Novruzov bildirib ki, L.Yunus Azərbaycandakı keçmiş əməlləri ilə məşğul olmağa çalışır: “Əli Kərimli ilə əlbir olub insanlara saxta sənəd düzəldirdilər ki, guya kimlərsə siyasi baxışlarına görə saxlanılıb. Halbuki toyuq, ev oğurluğu və başqa cinayət əməllərinə görə həbs olunmuş adamların valideynlərindən pul alaraq onlara saxta sənəd düzəldirdilər. Elə bu yaxınlarda Xədicə İsmayıl da onları ifşa etdi. Özləri bir-birilərini ifşa edirlər. Leyla Yunusun indiyə qədər böhtan, yalan, şantaj, erməni xisləti, erməni mövqeyi - hamısı ortaya çıxıb. İctimaiyyətimiz Leyla Yunus kimilərinin yalanlarına inanmır. Görüşdə olmayan bir adam görüş barədə məlumat yayıb. Sən orada iştirak etməmisən, mətbuat xidməti məlumat yaymayıb, sən haradan bilirsən ki, orada nə danışılıb?! Ona görə də Leyla Yunusun dedikləri hamısı yalandır, böhtandır. Ən əsası odur ki, biz cənab Prezidentin Avropanın bütün strukturlarının rəhbərləri ilə görüş keçirdiyinin, Azərbaycanın mövqeyini ortaya qoyduğunun və gələcək əməkdaşlıqla bağlı müxtəlif addımlar atıldığının şahidi olduq”.



Xəbər 1094 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +