04.02.2017 17:48
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi yüksək peşəkarlıq göstərərək ictimaiyyətin maraq dairəsində olan, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin keyfiyyətli istintaqını aparmış və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edib.
XəzərNews.az-ın xəbərinə görə, bunu fevralın 4-də Azərbaycan Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2016-cı ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında baş prokuror Zakir Qaralov deyib.
O bildirib ki, qanunsuz fəaliyyət göstərən radikal dini ekstremist qüvvələrin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Baş prokurorun sözləinə görə, hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Z.Qaralov bildirib ki, Daxili İşlər Nazirliyinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınan 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilən 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib.
Baş prokuror diqqətə çatdırıb ki, əlaqədar dövlət təsisatları tərəfindən cinayətkarlıq və onun mütəşəkkil təzahürlərinə qarşı mübarizə ilə bağlı həyata keçirilən qabaqlayıcı profilaktiki tədbirlərin nəticəsidir ki, 2016-cı ildə qeydə alınan ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, quldurluq, soyğunçuluq, odlu silahla törədilən, ictimai yerlərdə baş verən və sair cinayətlərin sayı 2015-ci illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb: "Cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmaqla, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi barədə tapşırıqlar verilib".
Onun sözlərinə görə, hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, 6 qəsdən adam öldürmə cinayətlərinin, o cümlədən, Bakı şəhərinin Sabunçu rayonunda 2, Gəncə şəhər, Daşkəsən, Gədəbəy və Bərdə rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilməlidir: "Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara tapşırılıb ki, 2016-cı ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi təmin edilsin".
|
03.12.2024 16:44
Hakan Fidan səfirliklər və nümayəndəliklər üçün yeni vəzifələr barədə məlumat verib
03.12.2024 16:22
“Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb -Dodaquçuqladan məbləğ
03.12.2024 15:16
Azərbaycan və Ukrayna Milli Kinematoqrafçılar İttifaqı arasında memorandum imzalanıb -Fotolar
03.12.2024 15:10
Əhməd Vəliyevin bankında minlərlə yerli və xarici müştərinin pulları batıb - Hüquqşünas
03.12.2024 13:35
03.12.2024 11:29
03.12.2024 01:34
02.12.2024 18:03
02.12.2024 17:12
30.11.2024 18:31
29.11.2024 22:14
“PR uğurları: Gənclər üçün Kommunikasiya Bacarıqları Məktəbi” layihəsi keçirilib - Fotolar
29.11.2024 19:35
29.11.2024 19:32
29.11.2024 18:48
29.11.2024 16:10
Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41-ci ildönümü qeyd edilib -Fotolar
28.11.2024 21:13
28.11.2024 12:11
28.11.2024 10:38
27.11.2024 20:28
Azərbaycanlı “oğrular” yenə bir-birlərinin qanını tökdü - Video
27.11.2024 15:06
26.11.2024 18:18
25.11.2024 18:38
25.11.2024 12:22
Şimali Kipr Türk Cümhuriyyətinin yaranması ilə bağlı parad keçirilib
25.11.2024 11:42
23.11.2024 18:37
23.11.2024 14:13
23.11.2024 14:08
23.11.2024 14:03
23.11.2024 13:59
23.11.2024 13:54