Xəzərdə üzən gəmilərə xəbərdarlıq
Bakıya yeni avtobuslar gətirildi
Ermənistanla sərhəddə təxribat
Atəşkəs 23 dəfə pozuldu
Gəncədə ata döyüldü, iki oğlu isə bıçaqlandı
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı”
Sürücünün söydüyü yol polisi işdən çıxarıldı
Bakıda 2 milyonluq dərman əməliyyatı
40 minlik dələduzluq edən şəxs tutuldu
Gürcüstan Prezidenti barədə istintaq başladıldı


03.02.2017  16:47 

Təhsil şöbəsinin müdiri qadınlarla belə əylənir - Goranboydan ŞOK FOTOLAR





A+  A-


Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədovun fəaliyyətilə bağlı şikayət daxil olub 

Şikayətçi Kəlbəcər rayonu 60 saylı orta məktəbin fiziki tərbiyyə müəllimi İbrahim Əsədov Goranboyda təhsilin səviyyəsinin ildən-ilə aşağı düşməsinin səbəbi kimi, şöbə müdirinin fəaliyyətindəki ciddi pozuntuları göstərir. 

İ.Əsədovun bildirdiyinə görə, Goranboy rayon təhsil şöbəsinin müdiri Ağababa İbrahimov Gürcüstanda təhsil alıb: "Onun diplomunun saxta olmasına dair ciddi iddialar var. Gürcüstanda təhsil gürcü və ingilis dillərində aparılır. Bu adam da nə ingilis dilini bilir, nə də gürcü dilini. Səxavət Məmmədovun Gürcüstanda necə təhsil alması Azərbaycan dövləti tərəfindən araşdırılmalıdır. Müəllim işləməzdən öncə taksi sürücüsü olub. Qəza törədib və iki nəfərin həyatına son qoyub. Qaradağ rayonunda işləyəndə polis mayorunun həyatına son qoydu. Sonra Goranboyda taksi fəaliyyətilə məşğul oldu. Gedib Gürcüstanda təhsil alıb gəldi, məktəbdə işə düzəldi. Direktor müavini və direktor oldu. Ardınca təhsil şöbəsinə müdir təyin edildi. Qaradağda mişar daşı karyerinin müdiri bunun dayısıdır. Qaradağda qəza törədəndən sonra dayısı onu Bakıya qoymur. 2014-cü ildə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılan şəxsləri pul alıb yenidən direktor təyin edir. Yüngül həyat tərzi keçirir. Onun tez-tez eyş-işrət məclislərində iştirakına dair fotolar, məlumatlar var".

Xatırladaq ki, Goranboy Rayon Təhsil Şöbəsinin adı zaman-zaman qalmaqallı olaylarda hallanıb. Belə ki, 2009-cu ildə Baş Prokurorluq Goranboy Rayon Təhsil Şöbəsi (RTŞ) və orta məktəblərin vəzifəli şəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb. 

Məlumata əsasən Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma nəticəsində bir qrup Goranboy rayon sakininin orta məktəblərin XI sinif şagirdlərindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktı aşkar olunub. Rayon təhsil şöbəsi və orta məktəblərin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət yığılmasına dair kifayət qədər sübutlar müəyyən edildiyindən həmin material üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələrinin əlamətləri ilə cinayət işi başlanıb. 

Təhsil Şöbəsinin o zamankı müdirinin seyfindən nə az-nə çox 2 milyon manata yaxın pul aşkarlanmışdı. 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Səxavət Məmmədovla bağlı da yazılar dərc olunub.

Məmmədovun bir vaxtlar rayonda Qaraçinar kənd məktəbinin direktoru, sonra icra hakimiyyətində şöbə müdiri işləməsi və onun təhsil şöbəsinə müdiri keçməyi də qalmaqallı olub. Yazılanlara görə, direktor işləyərkən İH-də çalışan diğər şöbə müdiri Sayad Quliyevlə dostlaşıb. S. Quliyev ona 200 min qarşılığında təhsil şöbəsinə müdir keçməyə kömək edəcəyinə söz verib. Sövdələşmə baş tutduqdan sonra icra hakimiyyətindən Təhsil Nazirliyinə təqdimat yazılır. Lakin Mikayıl Cabbarov təsdiqləmir. İki dost arasında 200 minə görə qalmaqal düşür. S. Quliyev məktəb direktorlarına hədə gələrək hərəsindən 5 min alaraq pulu qaytarır. Sonradan hansı yollasa Səxavət Məmmədov Goranboy TŞ-nə təyinat alır nəhayət . Və bununla rayondakı məktəb direktorları yeni problemlə üzləşir. 10 ildən artıq işləyənlərin hamısı total şəkildə yoxlanılır. Özü kimi saxta diplomla işləyən direktorların hamısı vəzifədə qalmaq üçün müdirə haqq verməli olur. Hazırda rayonda fəaliyyət göstərən orta məktəblərdə şagirdlərə normal təhsil verilmir. 

Aşağı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da, yuxarı sinifdə oxuyanlar üçün bunu demək çətindir. 9, 10 və 11-ci sinif şagirdləri dərsə intizamsız gəlirlər. Onların bir hissəsi repetitor yanında ali məktəblərə hazırlaşırlar. Müəllimlərin bir çoxu bundan istifadə edib tədris prosesinə soyuq münasibət göstərir. Rayonda təhsilin inkişafdan qalmasının digər səbəbi məktəblərdə yersiz yığımlardır.

(missiya.az)

 

Təhsil şöbəsinin müdiri qadınlarla belə əylənir - Goranboydan fotolar
Təhsil şöbəsinin müdiri qadınlarla belə əylənir - Goranboydan fotolar
Təhsil şöbəsinin müdiri qadınlarla belə əylənir - Goranboydan fotolar



Xəbər 419 dəfə oxunub.




21.09.2019  10:21 

Atəşkəs 23 dəfə pozuldu

20.09.2019  11:39 

Qaz olmayacaq

20.09.2019  10:07 

“Facebook”un ofisində intihar

19.09.2019  18:11 

Məzənnə açıqlandı


BÜTÜN XƏBƏRLƏR +