Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


03.12.2025  17:03 

Altay Göyüşovun cinayət işi üzrə istintaq başa çatıb





A+  A-

Altay Göyüşovun barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

Məlumata görə, o, noyabrın 21-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb.

Onun barəsində istintaq bu gün tamamlanıb. Həm Altay Göyüşova, həm də onun seçəcəyi müdafiəçisinə dekabrın 10-dan etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.

Altay Göyüşova xəbərdarlıq edilib ki, əgər o istintaqa gəlməsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla bilər.

Qeyd edək ki, Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.
Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 17-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Altay Göyüşovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 20 aprel 2020-ci ildə “YouTube” internet platformasında “Düz Danışaq” adlı kanalda və 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci ildə “Altay Göyüşov” adlı Facebook kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.//APA


Xəbər 1593 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +