Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


03.12.2025  13:36 

Sadıqovdan Musayevə CAVAB: Saxtadırsa...





A+  A-

Xəbər verdiyimiz kimi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin rəhbərliyini saxtakarlıqda ittiham edib.

XəzərNews.az xəbər verir ki, modern.az Alqış Musayevin iddiası ilə bağlı “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla əlaqə saxlayıb.

B.Sadıqov bildirib ki, "Azərbaycan" qəzetinin bugünkü sayında dərc olunan foto Ümumilli lider Heydər Əliyevin fotoqrafı tərəfindən çəkilib:

“Azərbaycan” qəzetinin 10000-ci sayının çıxmasına sevinən də var, sevinməyən də. Mən bunu normal və təbii qəbul edirəm. “Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir. Qəzetimizdə dərc olunan fotolar üç mənbədən əldə olunur: öz fotoqrafımızın çəkdiyi fotolar, AZƏRTAC-ın xətti ilə göndərilən fotolar və arada Ulu öndər Heydər Əliyevin fotoqrafı Rafiq Bağırovdan alınan fotolar. Bəhs olunan bu foto da Ulu öndərimizin sağlığında çəkilmiş şəkildir. Fotoda onun təyyarədə olduğu və qarşısındakı qəzetlərə bir-bir baxdığı görülür. Bu fotonu biz dəfələrlə dərc etmişik”.

B.Sadıqov Alqış Musayevin hər dəfə bu foto dərc olunanda onun saxta olması ilə bağlı iddia qaldırdığını vurğulayıb:

“Qəzetimizin 10000-ci nömrəsini təbrik etməyən Alqış Musayev iddia qaldırır ki, foto saxtadır, dəyişdirilib. Mən bilmirəm necə iddia qaldırmaq olar ki, Ulu öndər Heydər Əliyev “Azərbaycan” qəzetini oxumayıb, yalnız “Yeni Azərbaycan” qəzetini oxuyub? Bunu aşkara çıxarmağın çox hüquqi və ağıllı bir yolu var. Məhkəməyə müraciət olunur, məhkəmə araşdırması başlayır və həmin fotonun müəllifi olan Rafiq Bağırov bu gün də yaşayır, dəvət olunur və o açıqlama verir. Bunun həqiqi və ya saxta olduğunu yalnız müəllif deyə bilər. “Azərbaycan” qəzeti olaraq biz heç vaxt rəsmi kanalla bizə gələn fotolardan şübhələnib ekspertizaya vermirik. Ona görə də, təklif edirəm ki, bunu hüquqi müstəvidə həll etsinlər”.

Xəbər 1799 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +