Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


09.09.2025  15:50 

Bu problemin səbəbkarı elə medianın özüdür - PR menecer





A+  A-

Son zamanlar medianın “reklamverənlər yoxdur, hamı büdcəni influencerlərə yönəldir” narazılıqlarını tez-tez görürəm. Amma açığı deyim: bu problemin səbəbkarı elə Medianın özüdür. Niyə? Çünki müasir bazarda reklam artıq “verilən” deyil, cəlb edilən bir sahədir. Əgər media qurumu hələ də ayağını ayağının üstünə qoyub “reklam özü gələcək” deyə gözləyirsə, səhv edir.

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə PR menecer Azər Nəzərov çıxış edib.

A.Nəzərov qeyd edib ki, reklamı cəlb etmək üçün isə fərqli məhsullar, kreativ paketlər və yeni xidmətlər təqdim etmək lazımdır:

“Hansı xəbər saytı press-relizdən başqa məhsul satır? Əgər medianın satış şöbəsi yalnız “press-reliz yerləşdirmək” üzərində qurulubsa, burada problem reklamverəndə yox, medianın özündədir.

Artıq “məni bu qədər adam oxuyur” arqumenti işləmir. Ola bilər ki, saytına cəmi 100 nəfər daxil olur, amma təklif etdiyin həll nəticəsində bütün ölkə sənə istinad edə bilər.
Biznes qurumlarına press-reliz satmaqdansa, həll satmağı öyrənmək lazımdır. Çünki bu gün reklamverənlərin ehtiyacı sadəcə yerləşmə deyil, nəticədir.

Yeri gəlmişkən, bəzi saytlar hazır press-relizi 200 AZN-ə yerləşdirir, hazır müsahibə və ya reportajı üçün yeri isə 700–800 AZN-ə satır. Söhbət sıfırdan hazırlanmış kontentdən yox, hazır materialdan gedir. Yəni, əslində o reportajı və press-relizin material olaraq bir fərqi yoxdur, hər ikisi hazır gəlir və sadəcə sayta yerləşdirilir.

Müxtəsəri, media belə ayağını ayağının üstünə qoyub qapının döyülməsini gözləyəndə, təbii ki, reklamverənlərin qapısını influencerlər döyəcək, tortun böyük hissəsi də onların süfrəsində olacaq”.

Xəbər 602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +