Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


17.02.2025  10:46 

Vergi açıqladı: növbə kimindir?





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Məlumatın açıqlanması könüllülük prinsipinə əsaslansa da belə siyahının elan edilməsi şəffaflığın artırılması baxımdan təqdirəlayiqdir və müsbət haldır. Qeyd edək ki, oxşar praktika əksər dövlətlərdə tətbiq olunur. Bir sıra ölkələrdə bu imperativ xarakter daşıyır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib.

V.Bayramov bildirib ki, belə siyahının açıqlanması eyni zamanda hansı şirkətlərin daha şəffaf olması və eləcə də onların ölkə iqtisadiyyatına töhvələrini müəyyənləşdirmək baxımdan vacib idi:

"Əksər inkişaf etmiş ölkələrdə bu həmçinin istehlakçıların davranışına da təsir göstərir: istehlakçılar daha şəffaf şirkətə üstünlük verir. Dövlət Vergi Xidməti tərəfindən növbəti siyahı açıqlanan zaman ümumi yüzlük deyil, siyahıların "qeyri-neft" və "qeyri-dövlət"rə qruplaşdırılması məqsədəuyğun olardı. Vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var. Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsi ilə vergi ödəyicilər üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı. DSMF-ə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhvə verdiyini göstərə bilər. DGK vasitəsi ilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımdan vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar".

Xəbər 2902 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +