“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini


30.05.2024  18:23 

31 may tarixindən Qala Etno Fest başlayır





A+  A-

31 may - 2 iyun 2024-cü il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçiriləcək.

Xəzərnews.az bildirir ki, üç gün davam edəcək festivalda Qala Qoruğu ərazisində Azərbaycan xalqının qədim etnik ənənələrini təcəssüm etdirən böyüklər və uşaqlar üçün interaktiv fəaliyyətlər, sərgilər, ustad dərsləri və yarışlar təşkil olunacaq, Qala Etno Bazarın və “Qala tarixi fotorlarda” sərgisinin açılışı baş tutacaq.

Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. “Püstə ağacının altında görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron arxeologiyası” və “Dəzgah və kitab qrafikası” mövzularında görüşlərin təşkili etno-mədəni mühitə xüsusi ab-hava qatacaq.

Sənətkarlıq və qədim peşələrlə maraqlananlar festival ərazisində böyüklər və uşaqlar üçün təşkil olunacaq duluzçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağac oyma, keramika rəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərslərinə qatıla biləcəklər.

Qala Etno Fest çərçivəsində, Qala qəsrində “Qala tarixi fotolarda” sərgisi ziyarəçilərə təqdim olunacaq. Ənənəvi və etno idman növlərinin həvəskarları isə oxatmada iştirak edib, mars güləşində, eyni zamanda nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak imkanı əldə edəcəklər. Tədbirdə uşaqların əyləncəli vaxt keçirməsi üçün etno və uşaq oyunları da təşkil olunacaq. Daha yaradıcı balaca ziyarətçilər isə rəsmlər çəkərək və “Rəsmini yarat” interaktiv fəaliyyətə qoşula biləcəklər.

Ənənəvi sənət növlərinin sərgiləndiyi karvansaray üslubundakı Qala Etno Bazar festival günlərindən etibarən ziyarətçilərinə qapılarını açacaq və etno bazarın qonaqları həm də ustad dərslərini izləyə biləcəklər.

Qala Etno Fest ziyarətçiləri üçün daha bir imkan təqdim edəcəkdir. Belə ki, tədbir iştirakçıları 25-26 may tarixlərində baş tutmuş IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin eksponatlarına "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən “Tullantıdan sənətə” muzeyində baxa biləcəklər.

Şəhərimizin bütün sakinlərini və qonaqlarını Qala Etno Fest-də gözləyirik!

Xəbər 1070 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +