Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


23.05.2024  18:39 

Tarixin sirli şəhəri: Mardin haqqında bilmədiklərimiz





A+  A-

Türkiyə zəngin və qədim tarixə malikdir. Min illər ərzində Türkiyənin ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş özünəməxsus rəngarəng mədəni irs yaradılmışdır. Türkiyədə hər bir bölgənin özünəməxsus xüsusiyyətləri – etik dəyərləri, yaşam tərzi və qaydaları var. Türkiyəni tanımaq bu bölgələrin tanıtımından başlayır.

Xəzərnews.az bildirir ki, Türkiyənin tarixində özünəməxsus yeri olan Mardin haqqında oxucularımıza bu yazımızda məlumat verəcəyik

Mardin Türkiyənin böyük əyaləti və əhalisinin sayına görə iyirmi altıncı olan bir şəhəridir. 2021-ci il statistikasına görə Mardinin əhalisi 862,757 nəfərdir. Mardin Cənub-Şərqi Anadolu Bölgəsinin Dəclə vadisində yerləşir. Bu bölgə Suriya ilə həmsərhəddir.

Mardin çənub-şərq Anadolu bölgəsində dillərin, dinlərin, mədəniyyətlərin birləşdiyi poetik şəhərlərindən biridir. Ziyarət edənlərdə memarlıq, arxeoloji, tarixi və vizual dəyərləri ilə zamanın dayandığı təəssüratını bağışlayır. Minlərlə illik tarixi qalıqlarla iç-içə girmiş kimsəsiz məzarları, kənd evlərinin altındakı kilsələri, monastırları, məscidləri, qalaları, daş evləriylə yalnız Türkiyənin deyil, dünyanın ən maraqlı və təəccüblü yerlərindən biri olan Mardində insanlar demək olar ki, hər şeyə təəccüblə baxır. Dar küçələrində gəzməyə başladığınız zaman özünüzü 1500 il əvvələ getmiş kimi hiss edirsiniz. Sanki bir zaman maşınının içində keçmişə gedib gəlirsiniz. Mardin şəhəri keçmişi və müasirliyi özündə birləşdirir.

Mardin daşın və inancın şəhəri kimidir. Möhtəşəm daş işləməli evləri, hər kəsin ürəyincə gəzdiyi bazarları, dar və pilləkənli küçələri, kilsələri, mədrəsələri, damlarda göyərçin bəsləyən istiqanlı və zarafatcıl insanları, möhtəşəm yeməkləri ilə görə biləcəyiniz ən mifoloji və ən sirli şəhərlərdən biridir.

Mardin adı ərəb mənbələrində Mâridin, suriyalı mənbələrdə isə Marde kimi qeyd olunur.

Sözün mənşəyi haqqında müxtəlif fikirlər var. Bəzi fikirlərə görə, Mardin sözü III əsrdə Ərdəşirin burada məskunlaşdığı döyüşçü tayfası Mardesdən gəlir. Bəzi mülahizələrə görə, “Qalalar” mənasını verən Merdindən gəlir. Bu gün istifadə edilən ad ərəb mənbələrində qeyd olunan Maridindən gəlir.

Ardin vilayətində tarixin qədim dövrünə aid tapıntılar var. Artuklu Universiteti şəhərciyindəki Hırbe Helale yaşayış məskənində aparılan qazıntılar zamanı tapılan daşlar Paleolit dövrünə aid edilir. Neolit dövrünə aid tapıntılar Dargeçit rayonunun İlisu yaxınlığında yerləşən Boncuklu Tarla yaşayış yerindən tapılıb.

Gene Derik qəsəbəsindəki Kerküşti Höyükdə aparılan qazıntılar nəticəsində Kalkolit dövrünə aid qalıqlar aşkar edilib. Kemaliye kurqan və Tilki Təpə kurqanlarında da Xalkolit dövrü keramikalarına rast gəlinmişdir. Nusaybin rayonundakı Girnavaz Höyükdə erkən tunc dövrünə aid qalıqlar tapılmışdır. Bundan əlavə, bölgədə 36 kurqanda tunc dövrünün müxtəlif dövrlərinə aid tapıntılar aşkar edilmişdir. Bu dövrə aid tapıntılar Mardin-Nusaybin yolu üzərindəki Gırharrin Höyük, Mardin dağlarının cənubundakı Girnavaz və Yuxarı Dəclə hövzəsində Giricano, Kavusan Höyük, Siirt Türbe kurqan, Üçtəpə, Visittəpə və Qre Dimse kurqanlarında da rast gəlinir. Tarixi abidələrlə zəngin olan Mardində istənilən tarixi dövrə aid abidələrə rast gəlmək mümkündür. Mardini dünyanın açıq muzeyi də adlandırmaq olar. Bütün inanclara aid olan tarixi abidələrlə zəngin bu bölgə məhz bu səbəbdən turistlərin sevimli məkanına çevrilib.

Mardin, yalnız Cənub-Şərqi Anadolu bölgəsi deyil, dinlərin, dilləri və mədəniyyətlərini ortaq məxrəcədə birləşdirən Türkiyənin ən xüsusi qorunan yerlərindən biridir.

Keçmişözündə əks etdirən bu qədim bölgədə indi də bu sivilzasiyanın izlərini özündə qoruyur. Kilsələr, şüşə evlər, maraqlı bir arxitektura olan kənd evləri, ərazi məzarları, mərtəbəli və daş evlər demək olar ki, Mardində saysız hesabsızdır. Yolunuzu bu bölgəyə salsanız , gəzməklə qurtarmayacaq bir tarixlə üz-üzə qalacaqsınız. Mədəni irs, tarixi dəyərlər, təbii gözəlliklər və sükunətli küçələrə sahib olursunuz. Səfər zamanı müxtəlif insanlarla görüşüb danışa uzun müddət söhbət etmək imkanı əldə edəcəksiniz.

Minillik tarixi özündə əks etdirən Mardində rəngli, gözal tarixi alış-veriş məkanlarını görmək mümkündür. Beləliklə Mardini ziyarət etməklə tanış ola biləcyiniz ən gözəl məkanları diqqətinizi çatdırırıq.

Mardin Evləri

Dünyada daş sənətkarlığının ən möhtəşəm əsərlərindən biri sözsüz ki, Mardindəki Daş evlərdir. Orta Əsr memarlığına aid daş evləri Mardinin ən yerlər siyahınızın ilk sırasında yer alır. Bölgədə asanlıqla yerləşən sarı əhəngdaşı daşından düzəldilmiş Mardin evlərinin ən böyük özəlliyi evlərin qışda isti, yayda sərin olmasıdır. Tuya Dağı yamaclarındakı dar küçələrdə gəzərkən görəcəyiniz evlərin görkəmi, divarlarına işlənən bəzəmələr bu evlərə daha da gözəllik qatır.

Ulu Məscidi

Mardindəki daha bir möhtəşəm tarixi məkan Bazar içərisindəki Ulu Məscididir. Məscidin hansı tarixi dövrdə və memar tərəfindən tikildiyi məlum deyil. Mardinin ən qədim məscidi hesab edilən bu möhtəşəm tikili , 2 minarəli olaraq inşa edilmişdir. Ağqoyunlu, Məmlük və Osmanlı dövrlərində tarixi aşınmalara məruz qalan məscid indiki görkəminə 1967-ci ildə sahib olub. Bu məsciddə onu qoruyan və xidmət edən 10 səhabələrinin adları yazılıb.

Mardin qalası

“Qartal Yuvası” adlandırılan Mardin Qalasının X əsrdə inşa edildiyi qeyd edilir. Tarixi dəyəri qədər mənzərəsilə da sizləri ovsunlayacaq olan qala, görkəmi və möhkəmliyi bir çox şairə ilham qaynağı olmuşdur. Bir neçə dəfə güclü zəlzəyə davam gətirən bu məşhur qala yerli sakinlər tərəfindən məhz buna görə Qartal yuvası adlandırılır.

Mardin Muzeyi

Osmanlılara qədər bölgəyə hakim olan mədəniyyətlərə aid tapıntıların nümayiş etdirdiyi Mardin Muzeyi, 1942-ci ildə yaradılmışdır. 1995-ci ildən bəri fəaliyyət göstərdiyi binası isə 1895-ci ildə Antakya Patriarxı Ignatios Bəhram Banını tərəfindən Süryani Katolik Patriarxlığı kimi inşa edilib. Arxeologiya və etnoqrafiya olmaq üzrə 2 fərqli hissəni özündə əks etdirən muzeydə tarixi əhəmiyyətə malik əşyalar nümayiş etdirilir.

Dara xarabalıqları

Mardində turistlərin ən sevimli yerlərindən biri olan , dünyanın ən qədim şəhərlərindən biri Dara Mezopotamiya xarabalıqlarıdır. Mardinin cənub-şərqində 30 km uzaqlıqdadır.

Bura köhnə Mesopotamiya bölgəsinin ən məşhur şəhəridir. Dara şəhəri qalıqları qayalar içində ətrafı 8-10 kilometri əhatə edən geniş bir sahəyə yayılmışdır. Buralarda mağara evlər vardır. Şəhər qalıqları içində kilsə, saray, bazar və anbarları, zindan, Tophane və su bəndi hələ də nəzərə çarpır.

Zinciriye Mədrəsəsi

Tarixi görünüşünə və tikinti arxitekturasına görə seçilən Zinciriye Mədrəsəsi 1385-ci ildə inşa edilib. Tarixi araşdırmalaragörə bu mədrəsi həmin dövrdə bu ərazini işğal edən moğollar tərəfindən inşa edilib. Əlverişli mövqeyinə görə keçmişdə bu yer rəsədxana kimi istifadə edilib.

Kırklar Kilsəsi

Təkkə Mahallesidəki Altunboğa Mədrəsəsi, Məlik Mənsur Əhməd Kiçik dövründə vəzirlik edən Altun Buğa tərəfindən 1364-ci ildə inşa edilib.

Mardin çarşı

Zəngin mədəniyyəti özündə əks etdirən Mardində həm də gözəl çarşı bazarlar var.
Mardindəki məşhur çarşı da öz tarixi və ənənəsi ilə turistlərin ən sevimli məkanlarından biridir.

















Xəbər 15780 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +