Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


09.04.2024  17:29 

Mədəniyyət işçilərinin maaşı azaldılacaq? - Açıqlama





A+  A-

Mədəniyyət müəssisələri rəhbərləri və işçilərinin ödəniş dərəcələri aşağı salınacaq.

Xəzərnews.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə ötən ay Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə tabe müəssisələr üzrə keçirdiyi ictimai dinləmə zamanı məlum olub.

Xatırladaq ki, sözügedən dinləmələrdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət Komitəsinin üzvü - Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, akademik Nizami Cəfərov, İctimai Şuranın üzvləri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və idarəyə tabe olan müəssisələrin 300-dən artıq nümayəndələri iştirak ediblər.

Qeyd olunur ki, ödəniş dərəcələrinin aşağı salınmasına Hesablama Palatasının mədəniyyət müəssisələrində apardığı yoxlamalardan sonra qərar verilib.

İctimai dinləmələr zamanı mədəniyyət müəssisələrinin rəhbərləri sözügedən qərara sərt etiraz etsələr də, onlara qərarın Nazirlər Kabineti tərəfindən verildiyi bildirilib.

Məlumata görə, ödəniş dərəcəsinin aşağı salınacağı müəssisələr arasında dövlət büdcəsindən maliyyələşən, paytaxtda və regionlarda fəaliyyət göstərən mədəniyyət evləri, kitabxanalar, uşaq incəsənət məktəbləri, dərnəklər, folklor ansamblları, muzeylər, teatrlar və digər qurumlar var.

Ödəniş dərəcəsinin aşağı salınması nəticəsində mədəniyyət müəssisələri rəhbərləri və işçilərinin maaşlarının azalacağı gözlənilir. Qeyd olunur ki, qərar yaxın aylarda qüvvəyə minəcək.

Qeyd edək ki, sözügedən qulluqçu vəzifələri üçün ödəniş dərəcələri Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanan "Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası" əsasında tənzimlənir.

Məsələylə bağlı Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovayla əlaqə saxladıq. A.Kərimova Bakupost.az-a açıqlamasında bildirdi ki, məsələ nazirliyin səlahiyyətləri çərçivəsində həll olunmur:

“Bu bizim nazirliyin səlahiyyətləri çərçivəsində olan məsələ deyil. Bunu biz müəyyənləşdirmirik. Bizdə belə bir məlumat yoxdur”.

Xəbər 4485 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +