Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.03.2024  15:17 

Zəfərdən sonra dünya azərbaycanlıları Novruzu necə qeyd edirlər?





A+  A-

Xalqımızın ən qədim bayramı olan Novruzu dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da qeyd ediblər. Vətən müharibəsindəki tarixi zəfərdən sonra artıq dördüncü ildir ki, dünya azərbaycanlıları əziz bayramı xüsusilə yüksək əhvalda qarşılayırlar.

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az dünyanın müxtəlif ölkələrində yaşayan diaspora rəhbərləri, həmvətənlərimiz arasında sorğu keçirdi.



Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva bizimlə söhbətində bildirdi ki, Parisdə Novruzu möhtəşəm şəkildə qeyd ediblər. Belə ki, ölkəmizin Səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində keçirilən konsertdə Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları çıxış ediblər:

“Tədbirdə Azərbaycanın milli rəqslərini Fransada yaşayan gənc azərbaycanlı Səma Quliyeva ifa etdi. Bundan başqa mərasimdə xalqımızın qədim bayramı olan Novruzun adət-ənəmələrini əks edən rəsm əsərləri də nümayiş olundu.
Bayram süfrəsində milli mətbəximizin ləziz yeməkləri, şirniyyatlarımız, süfrələrin bəzəyi səməni yer aldı. Biz burda Novruz bayramını möhtəşəm şəkildə qeyd etdik”.



Niderlandda fəaliyyət göstərən “Birlikdə Güclüyük” Fondunun təsisçisi və həmsədri İlkanə Qoca isə qeyd etdi ki, əldə etdiyimiz tarixi zəfərdən, qələbədən sonra bayramların, xüsusən də milli bayramların dadı bir başqadır:
“Novruz bizim milli bayramımızdır. Biz bu bayramı dünyanın harasında oluruqsa olaq, təntənəli şəkildə qeyd edirik. Bayram günlərində evimizdə qonaq qarşıladıq. Qonaqlara milli təmalarımızı təqdim etdik. Buradakı dostlarımız bayramı geniş və təntənəli qeyd etdiyimizi vurğlayıb, bizə qonaq gəlir. Bir süfrə arxasında adətlərimizdən, onun mahiyyətindən bəhs edirik”.

İlkanə Qoca bizimlə söhbətində holland həyat yoldaşı Robert van der Bergenin də bu bayrama xüsusi sevgisinin olduğunu vurğuladı: “Robert də övladlarım da Novruz bayramını çox sevirlər.

Belə ki, bayramda və xüsusi günlərdə Robert bizim milli döşəmə plovumuzu hazırlayır, bayram ərəfəsində tonqal üçün hazırlıq görür. Bayram günlərində və çərşənbələrdə Robert tonqal qaladı. Biz də arzu və diləklərimizi tutub üzərindən tullandıq. Yoldaşımın bizim adət-ənənələrimizə böyük hörməti var.

Onu da qeyd edim ki, bizim üçün bayram hələ bitməyib. Buradakı dostlarımız bilir ki, biz bayramı fərqli və özəl qeyd edirik. Ona görə bayram bitənə qədər qonaqlı qaralıyıq”.



Kaliforniya ştatının Los Angeles şəhərində yaşayan yazıçı, ssenarist, rejissor və Kaliforniya Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri Sevinc Səfərova qeyd etdi ki, zəfərdən sonra yaşadığı ölkədə Novruz bayramını xüsusi həvəslə və təmtəraqlı şəkilə qeyd edir:
“Biz burada uzun müddət düşmənlə mübarizə apardıq. Gah dolmamızı, gah şirniyyatlarımızı öz adlarına çıxardılar. Bunun üşün var gücümüzlə çalışdıq.

Mən nəinki Novruz bayramında və özəl günlərdə mütəmadi olaraq milli təmalarımızı hazırlayıb, burada yaşayan müxtəlif xalqların nümayəndələrini tanış edir, onların Azərbaycan mətbəxinə məxsus olduğunu qeyd edirdim. Bu dəfə isə bayramı xüsusi sevgi, qürur hissi ilə qeyd etdim. Allah şəhidlərimizə zəhmət etsin.

Onların sayəsində biz burada başı dik, dili uzun gəzirik. Daha fəxrlə, qürurla milli bayramlarımızı qeyd edirik.

Sevinc Səfərova okeanın digər tərəfində yaşasa da ürəyinin Azərbaycanda olduğunu və bu il Novruz bayramının Xankəndində keçirildiyini sevinc göz yaşları ilə izlədiyini bildirdi:
“Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı.

Biz o kadrları böyük sevinc və fəxarət hissi ilə izlədik. Bu, tək bir nəfəri deyil, bütün dünya azərbaycanlılarının milli xoşbəxtliyidir”.

Xəbər 197 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +