Generalın oğlu İngiltərədə şirkət açdı - Foto
Kreml Azərbaycan diasporalarını “özəlləşdirir“ - ŞƏRH
Peskov prezidentlərin salamlaşmasını şərh etdi
Bakıda saxlanılan erməni məhbus intihara cəhd edib?
17 yaşlı qızın toyu ləğv edildi... - 32 yaşlı kişi ilə...
Prezidentin təyyarəsinə PUA təhlükəsi olub?
Avstraliya 14 rusiyalıya qarşı sanksiya tətbiq edib
Sürücü avtobusu idarə etməkdən niyə imtina edib?
“Unibank” məşhur jurnalistin başına oyun açdı
Sabahın hava proqnozu açıqlanıb


19.03.2024  14:45 

TƏBİB, həkim və saxta əlillik- yekun qərarı Ali Məhkəmə verəcək





A+  A-

Bakı Apellyasiya Məhkəməsinin barəsində bəraətverici əsaslarla hökm çıxardığı həkim Könül Sultanovanın cinayət işi yenidən Ali Məhkəmədədir.

Xəzərnews.az Qaynarinfo.az-a istinadən xəbər verir ki,Qaynarinfo, kassasiya şikayətini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) verib. Tahir Kazımov iş üzrə hakim təyin edilib.

Könül Sultanova Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq) maddəsi ilə ittiham edilib.

İttihama görə, TƏBİB-in 15 saylı şəhər poliklinikasında Həkim Məsləhət Komissiyasının üzvü Könül Sultanova öz fəaliyyət göstərdiyi komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdıraraq təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil edib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Cinayət işini məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb. Məhkəmə Könül Sultanovanı təqsirli bilərək 3 min manat cərimə edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Könül Sultanova Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə hökmdə qanun pozuntuları aşkar edərək işi yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə Könül Sultanova barəsində bəraətverici əsaslarla hökm çıxarıb.

Görünür, məhkəməni bu mövqeyi iş üzrə zərərçəkmiş qismində tanınan TƏBİB-i qane etməyib. Bu baxımdan, Ali Məhkəməyə kassasiya şikayəti verib.

Xəbər 5299 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu


BÜTÜN XƏBƏRLƏR +