“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi
Xərclər artır - Vətəndaşları nə gözləyir?
Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam


03.09.2025  12:51 

Miqrantları “evləndirən“ azərbaycanlı dəstəyə hökm oxundu





A+  A-

Rusiyada Yaroslavl məhkəməsi əcnəbiləri qanunsuz olaraq leqallaşdıran azərbaycanlı etnik cinayətkar qrupun 5 üzvünə hökm çıxarıb.

XəzərNews.az yerli mediaya istinadla bildirir ki, məhkəmənin müəyyən etdiyi kimi, onlar Yaroslavl sakinləri ilə miqrantlar arasında uydurma nikahlar təşkil ediblər. Nəticədə miqrantlar kvota nəzərə alınmadan Rusiyada müvəqqəti yaşamaq icazəsi alıblar.

Təqsirləndirilən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci ("Qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən qanunsuz miqrasiyanın təşkili") maddəsi ilə təqsirli biliniblər. Onlardan 4-ü 1,5 ildən 2,5 ilədək şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Əlləzov G. N. isə 2 il 4 ay müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, azadlıqdan məhrum edilib.

Xəbər 2206 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +