Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


18.03.2024  12:54 

BDU-nun professoru vəfat edib





A+  A-

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru, professor Əsədulla Qurbanov vəfat edib.

Universitetdən Xəzərnews.az-a verilən xəbərə görə, Əsədulla Qurbanov 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olub. 1954-cü ildə Katex kənd orta məktəbini bitirib. 1961-ci ildə BDU-nun Şərqşünaslıq fakultəsinə daxil olub.

O, 1976-cı ildə fəlsəfə elmləri namizədi, 1978-ci ildə dosent, 1992-ci ildə fəlsəfə elmləri doktoru, 2002-ci ildə professor elmi adlarını qazanıb.

Görkəmli alim, tanınmış ictimai-siyasi xadim Əsədulla Qurbanovun tədqiqat sahəsi Azərbaycanda islamşünaslığın konsepsiyası olub.

O, 1957-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş işləyib. 1973–1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, 1978-1984-cü illərdə isə Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent işləyib. 1984-cü ildən indiyədək BDU-da əvvəlcə dosent, sonra isə professor vəzifələrində çalışıb. 5 monoqrafiya, 10 kitabın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər namizədi, 3 elmlər doktoru yetişib.

Əsədulla Qurbanov “91-lər”in tanınmış nümayəndələrindən idi.

Allah rəhmət eləsin!

Xəbər 954 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +