Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.03.2024  12:26 

Kiyevin Könüllülər Parkında Azərbaycan, Gürcüstan, Krımtatar və Çeçenistan bayraqları ucaldılıb





A+  A-

Kiyev şəhərində Ukraynanın azadlığı və suverenliyi uğurundə həlak olanların xatirəsini yad etmək üçün qurulan Könüllülər Parkında Azərbaycan, Gürcüstan, Krımtatar və Çeçenistan bayraqlarının ucaldılması mərasimi keçirilib.

Bu barədə məlumatı Xəzərnews.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı verib.

O, bildirib ki, mərasim Azərbaycan-Ukrayna "Qardaşlıq Cəmiyyəti"nin təşəbbüsü ilə baş tutub.

Mərasimdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyətinin üzvü, 2014-cü ildən Ukraynanın azadlığı uğurunda döyüşən Vidadi İsrafilov, diaspor fəallarımız, Krımtatar məclisinin üzvü Rifat Çibarov və Mühacir Çeçenistan hökümətinin rəhbərı Ahmed Zakayev iştirak edib.

Vidadi İsrafilov mərasimdə iştirak edən bir çox şəxsləri, o cümlədən Əhməd Zakayev və Rifat Çibarovu orden və medallarla təltif edib.

Qeyd edək ki, Könüllülər Parkı 2014-cu ildən başlayaraq Ukraynanın ərazi bütövlüyü uğurunda həlak olan əcnəbi millətlərin nümayəndələrinin xatirəsini yad etmək üçün qurulub.

















Xəbər 2713 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +