“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


14.03.2024  11:57 

“Financial Times”: “ABŞ və İran Omanda gizli danışıqlar aparıb”





A+  A-

"Financial Times" nəşri iddia edib ki, ABŞ və İranın hökumət rəsmiləri son aylarda Omanın paytaxtı Masqatda gizli və dolayısı ilə danışıqlar aparırlar.

Xəzərnews.az xəbər verir ki, danışıqların məqsədi Tehranı Yəmən husilərinə təsirindən istifadə edərək Qırmızı dənizdəki gəmilərə hücumlara son qoymağa inandırmaq olub. Bununla yanaşı, danışıqlarda İranın nüvə_proqramını genişləndirməsi ilə bağlı narahatlıq da ifadə edilib.

Məlumata görə, Masqat danışıqlarında ABŞ nümayəndə heyətinə Ağ Evin Orta Şərq üzrə müşaviri Brett Makqurk və ABŞ-nin İran məsələləri üzrə nümayəndəsi Abram Peyli və İran XİN başçısının müavini və baş nüvə müzakirəçisi Əli Baqeri rəhbərlik ediblər.

Bildirilir ki, Tehran və Vaşinqton arasında danışıqların ikinci raundu fevral ayına planlaşdırılsa da, ABŞ-nin İsrail və HƏMAS arasında vasitəçilik səyləri səbəbindən təxirə salınıb.

Xəbər 179 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +