Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.03.2024  15:26 

Sünik İranı qəssabxanaya aparan yola çevrilir





A+  A-

İranın vəziyyəti çox gərgindir...

I. İran heç kəsin təzyiqi olmadan uranın zənginləşdirilməsi faizini aşağı salıb və getdikcə də azaldır. İran özü nüvə danışıqlarına başlamağı xahiş edir. Əslində bu İranın 40 illik mövqeyində ən prinsipial geri çəkilmədir. Təxminən il yarım əvvəl Rusiya ABŞ-ın sözü ilə İranı nüvə texnologiyalarından imtinaya çağırırdı. İyirmiyə yaxın RF rəsmiləri, xüsusilə Xİ nazirinin müavini S. Ryabkov və Rusiyanın AEBA-dakı nümayəndəsi M.Ulyanov bəyanatlar verdi, görüşlər keçirdilər. İran bunu rədd etdi. İran rəsmiləri hətta S.Ryabkova əsəbi cavab verdiyi vaxt da oldu. İran uranın zənginləşdirilməsindən imtina etmədi. Əlbəttə, ABŞ buna siyasi don da verir ki, İran D.Trampın gəlməsindən qorxur. Ona görə nüvə danışıqlarına başlamaq istəyir.

II. HƏMAS İranla deyil, ABŞ-ın sözü ilə oturub-durur. HƏMAS-ın axşam hərbi əməliyyatları dayandırmaqla bağlı ABŞ-ın planını qəbul etməsi bunun göstəricisidir. İran proksilərinə- Hizbullah, HƏMAS, İslami Müqavimət, İraq və Suriyadakı həşdü-şəbi qüvvələrinə yardım edə bilmir. Onlar isə aktiv fəaliyyətdədir. Hətta İraqdakı həşdü-şəbi İslami Müqavimətin adı ilə Təl-Əvivin Ben-Qurion aeroportunu bombaladı. Bu Ramazan razılaşmasını pozmaq anlamındadır. İranın yaratdığı proksilərin HƏMAS-İsrail müharibəsinə qoşulması ilə İranın özünün münasibəti tamam fərqli məcradadır.

III. İranın daxilində də ciddi proseslər gedir. Əhali İslami prinsiplərdən, hakim dairələri dəstəkləməkdən imtina edir.

Bütün bunların hamısı İranın kiçildilməsi və qayçılanması üçün başlanğıc ola bilər.

Azərbaycan torpaqları işğal altında olarkən Qarabağ probleminin başa çatması üçün hazırlanmış inkişaf ssenarilərindən biri də bunu İranın ərazisinə keçirmək idi. Şükür ki, Azərbaycan Prezidenti İ.Əliyev Qarabağ, Azərbaycanın işğal problemini tamamilə aradan qaldırdı. İndi İran Qarabağ probleminin həll olunmadığı görüntüsünü yaradır. Nə vaxtsa Qarabağ problemi aktivləşəcək və Azərbaycanın torpaqları yenidən işğal altına düşəcək. Əlbəttə, bu İranın Azərbaycana qarşı düşmənçilik mövqeyinin daha bir əlamətidir.

Süniklə Qarabağı xəyalən bitişdirməsi İranın çox ciddi səhvlərindən biridir. Sünik koridoru havadarlarının iştirakı ilə Ermənistanın İran üçün hazırladığı problemlər buketini İranın daxilinə ötürmək təyinatlıdır. Sünik problemi nə qədər tez həll olunsa, bu İranın xeyrinədir. XX əsrin əvvəllərində də Sünik probleminin həllinin tapılmaması sovet Rusiyasının XI ordusunun bizim regiona gəlməsinin əsas amillərindən biri oldu.

IV. Konfliktogenlik Ermənistanın geosiyasi maliyyə mənbəyidir. Ermənilər SSRİ-nin dağılmasından siyasi və maliyyə resursu əldə etdilər. Sünik koridoruna İranın indiki münasibəti, tarixi mövzuları kənara atması onun Azərbaycan və Türkiyə ilə düşmənçiliyinin strategiyaya çevrilməsi anlamındadır. İran strateji olaraq Azərbaycan və Türkiyən düşməni görür. Belə vəziyyət Ermənistanın və havadarlarının çox ciddi marağındadır və Ermənistanın da belə parametrini məhz ölçüb, biçiblər.

Tək bu deyil, Sünik İran üçün çox böyük problemlərin qapısıdır:

I. Vatikanın Ermənistanın müraciəti ilə yaratdığı arxeoloji ekspedisiya qrupu İranın Qərbi və Şərqi Azərbaycan ostanlarında olan kilsələri və digər ermənilərə dəlaləti olan abidələri xristian abidələri kimi qeydə aldılar. Bu ərazini Vatikanda qədim xristianlar yaşayan ərazi kimi rəsmiləşdiriblər. Bu Mahmud Əhmədinejadın prezident Vatikanda Roma Papasının qəbul otağında iki gün oturduğu ərəfələrdə idi. O zaman M.Əhmədinejad Roma Papasına dünyanı İslam və xristian olmaqla iki yerə bölmək, bir qrupuna Roma Papasının, digər qrupa da M.Əhmədinejadın başçılıq etməsi təklifini vermək üçün orada oturmuşdu. Bir neçə dəfə Vatikanda qəbulda olsa da Roma Papası onu qəbul etmədi və ermənilər də bundan özləri üçün istifadə etdilər. Ermənistan tərəfindən o işə rəhbərlik edən arxitektor Samvel Karapetyan idi. Parsaayk (Parserməni) tədqiqatı işlədiyi mövzularından biri idi. Daha çox Azərbaycan və Gürcüstanla məşğul idi. Tipik xəstə erməni idi. Ermənistanın ərazisində kilsə yerlə yeksan olub, onu görmür.

Amma Azərbaycan ərazisində hansısa kilsədən bir daş düşən kimi bütün beynəlxalq aləmə hay-küy salırdı.

İran bilsin ki, o ərazilər artıq Vatikanda xristian ərazisi kimi qeydə alınıb.

II. İranın Ermənistanı tarixən özününkü hesab etməsi iddiası artıq aləmə bəllidir. Çünki Ermənistanla əlaqəli mövzuları xeyli yubandı. ABŞ və Böyük Britaniyanın Ermənistana münasibətində bu xətt ayrıca izlənilir. Ola bilər Fransa da bu mövzunu bilir. Qərbdə İranın Ermənistana sevgi formulu belə görünür: 200 il bundan əvvələ qədər Qafqaz, o cümlədən Ermənistan İran ərazisi idi. Sonradan çar Rusiyası işğal etdi, bu ərazilərdə dominant oldu. İndi RF-in başı Ukrayna müharibəsinə qarışıb və Qafqazda dominantlığını itirir. Qərb və digər qüvvələr bu regionda dominant olmamalıdır, yalnız İran əvvəlki dominantlığını bərpa etməlidir. Bu, Qərbin Qafqazla bağlı planlarına tam ziddir. Rusiyanı haradasa zəiflətsə də Qərb indiki reallıqda Qafqazda Rusiyanı saxlayacaqdır. Əksinə ola bilər İranı bir az da geri oturtsun.

III. İran Ermənistanın qarşısında tamamilə nüfuzsuzdur. Ermənistan üçün İran yalnız Azərbaycana qarşı vuruşa bilən alətdir. Ermənistan özünü İranın sahibi hesab edir.

Düşünür ki, nə vaxt istəsə İrana əmr verəcək. Ermənistan İrana Azərbaycana qarşı “müharibə et” əmrini verib. Sadəcə Azərbaycanın müdafiəsi güclü olub deyə İran Ermənistana yalvarıb, möhlət istəyib. Nə vaxtsa İran Azərbaycana hücum edəcək. Səfir Möhsün Sübhaninin jurnalist və ekspertlərlə görüşündə açıqladıqları, “İran-Ermənistan əməkdaşlığının inkişafı” fondunun rəhbəri Puya Hüsseynin son dedikləri bunun aydın göstəricisidir. İran müsəıman qoşunu ilə Ermənistanın ərazisindən, hətta öz ərazisindən Azərbaycan Respublikasına qarşı vuruşmağa hazırdır.

Sünik mövzusu həll olunmadıca İranın acizlik bayrağı kimi dalğalanacaqdır. Vəziyyətdən çıxmaq üçün bir neçə ssenari mövcuddur:

A) İran Qərbin rəğbətini qazanmalıdır.

ı. Qonşularına təhlükə törətməyəcək, nüvə texnologiyasından imtina edəcək İranın mümkünlüyünə ABŞ-ı, Çini və Rusiyanı da inandırmalıdırlar. Çin və Rusiyaya da nüvə silahlı və qonşularını hədələyən İran lazım deyil. Nüvə, raket, PUA silahlarından imtina etməlidir. Beynəlxalq mütəxəssislərin iştirakı ilə utilizasiya prosesi başlanmalıdır.

ıı. İran Qərbin qarşısında zəmanət mexanizmi kimi BƏƏ-nin dediyi 3 adadan və Küveytlə Səudiyyə Ərəbistanı ilə dənizdə mübahisəli yataqdan imtina etməlidir.

ııı. Qərblə birlikdə iqtisadi model hazırlamalıdır. Bu sanksiyaların götürülməsi anlamındadır. İran inkişaf edə bilər.

ıv. Pakistanla sərhəddə və İraq Kürdüstanı ilə də Azad İqtisadi Zona yaradılması İran üçün yeni keyfiyyət halı yarada bilər. Hərbi güc nümayişindən imtina edən iqtisadi güc mərkəzinə çevrilər.

B) Azərbaycan Respublikası Qərbi İranın dürüstlüyünə inandırmalıdır. Bunun üçün lazım olan materialları İran özü verməlidir.

ı. Ən yaxşı vasitə Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil ostanları ilə Azərbaycanın həmsərhəd əraziləri ilə birlikdə Azad İqtisadi Zonanın yaradılmasıdır və orada işlək qanun beynəlxalq standartlara uyğun olmalıdır. Buna Azərbaycan qanunvericiliyi İran qanunvericiliyinə nisbətən daha çox uyğun gələndir. Bu əldə olunarsa, həm də zəmanət mənbəyidir.

ıı. Azərbaycanla həm Qərb, həm də Cənub istiqamətində xeyli logistika, svop əməliyyatları reallaşdırmaq olar. Azərbaycanın qazını İran Pakistana, Hindistana çatdıra bilər, İranın qazını Azərbaycan Avropaya çatdıra bilər. Lazım gəlsə İran Azərbaycan qazı əvəzinə öz qazını Türkiyəyə svop edə bilər. Əsas Avropadakı alıcı bunu Azərbaycan qazı kimi bilsin. Ərazimizdə İran qazını istehlak edə bilərik.

ııı. Xəzər dənizində İranla Azərbaycan arasında iki yatağın (Blok 1, Blok 2) işlənməsi ilə bağlı 2018-ci ildə H.Ruhaninin prezidentliyi dövründə müqavilə imzalanıb. Bu gün o müqavilələr işə düşə bilər. İran üçün xilas rolunu oynaya bilər.

ıv. Avropa yalnız “yaşıl enerji”, xalis elektrik enerjisindən istifadə edir. İran Azərbaycanla sərhəddə İstilik Elektrik Stansiyaları tikib elektrik enerjisini Azərbaycanın vasitəsilə, adı ilə Qara dənizin dibindən keçən Azərbaycan-Aİ Yüksək gərginlikli elektrik kabelinə qoşa bilər.

v. Azərbaycan və Türkiyə eləcə də Pakistan ilə İranın geniş spektrli iqtisadi modelləri vəziyyətini xeyli düzəldə bilər.

İran gözünü açıb baxsa, Azərbaycanın onun üçün xilaskar rolunu görə bilər.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi
Mübariz Əhmədoğlu


13 mart 2024 cü il



Xəbər 896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +