“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


23.09.2021  12:27 

İran Azərbaycanla heç vaxt strateji müttəfiq olmayacaq





A+  A-

Dərin mövzudur. Çox qısa münasibətimi yazıram. Amulinin bəyanatı ateist və radikal təkfirçiləri birləşdirdi. Təbii ki, bu, əks tərəfin qıcığına səbəb oldu. Eyni vaxtda Azərbaycanda etnik problemlər qabardıldı.

İranın müəyyən mənada təsirinin daha çox olduğu bölgə əhalisini etnik qarşıdurmaya cəhd etdilər və xoşbəxtlikdən buna nail ola bilmədilər. Bütün bu baş verənlərdə nə dini, nə də etnik çalar yox idi. Kimlərsə bunu dini və etnik savaşa çevirmək istəyirdilər və indi də istəyirlər. Bütün siyasət Azərbaycanı parçalamağa yönəlib və sosial şəbəkə qırğılarının qorxusundan heç kəs bunu etiraf etmək istəmir.

Əslində məsələ sadədir - İran öz sərhədləri yaxınlığında, Azərbaycanla NATO üzvü olan Türkiyənin hərbi fəallaşmasını narahatlıqla izləyir. Tehran uğursuz mövqedədir. Belə ki, Tehranın müharibənin gedişatına təsir etmək üçün kifayət qədər gücü olmayıb. Rusiya və Türkiyə (NATO) hərbçilərinin Cənubi Qafqazda mövcudluğu İranın bölgədəki yenilənmiş "böyük güc yarışmasında" iştirak etmədiyini göstərir. İran Xəzərdə Qərbin olmasını istəmir, Azərbaycanla sərhədinə NATO-nun nəzarətini arzulamır və Amuli kimilərin əli ilə aranı qatır.

Prezident Əliyevin, onun köməkçisi Hikmət Hacıyevin, Şeyx Allahşükür Paşazadənin bu məsələdə (dolayısı ilə və ya birbaşa) verdikləri açıqlamalar yetərincə düşünülmüş və təqdirə layiqdir. Bu məsələdə iqtidar – müxalifət ayrımı yoxdur. Daha bir nüans. Azərbaycanın tanınmış şiə ruhanilərinin Amuli məsələsinə sərt reaksiya verməməsi də anlaşılan deyil. Düzdür, vəziyyət daha da gərginləşə bilərdi.

Lakin nüfuzlu şiə ruhanilərinin susması başa düşülən deyil. ABŞ-dan İranla bağlı xahiş edən insanlar indi ən azı Tehrana eyni məzhəb və dini birliyimizi xatırlatmalı, Azərbaycan şiələrinin narazılığını yumşaq da olsa dilə gətirməli idilər. İran Azərbaycanla heç vaxt strateji müttəfiq olmayacaq. Sadaladığım amillər və Cənubi Azərbaycan mövzusu Tehranı narahat etməyə bilməz. Azərbaycan düzgün seçim edib. Bakı və Ankara birlikdə fəaliyyət göstərir. Dünya siyasətinin ən əsas oyunçusu, ABŞ-in dili və əli olan London bu əməkdaşlığa müsbət yanaşır və 44 günlük zəfər savaşının pərdəarxası əsas müəlliflərindəndir. Bir sözlə, etnik və məzhəb savaşı salanların təxribatına uyanlar bir qədər ayıq olsalar yaxşıdır...

Azər Rəşidoğlu

Xəbər 2301 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +