Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


21.07.2023  11:59 

Sözünüzün və özünüzün yerini bilin!





A+  A-

Ölüm haqdır, tezi, geci var... Bəşəriyyət yaranandan belə olub və olacaq. Hər bir insanın ölümü ağrılıdır, ağrıdır... Doğmalarımızı, eyni qanın, soyun daşıyıcılarını, can-ciyərlərimizi itirəndə ağrıyırıq, uzun müddət özümüzə gələ bilmirik... Amma elə insanlar da olur ki, heç zaman üz-üzə gəlməmisən, görüşməmisən, nə vaxtsa yolların kəsişməyib, amma ağrıyırsan, itkisinə üzülürsən.

Bu, insanlığa xas xüsusiyyətdir, sadəcə... Bu illər ərzində nə qədər görüşmədiyimiz əzizlərimizə üzüldük, sarsıldıq, özümüzü toparlamaqdan ötrü çalışdıq...

İtirdiklərimizin - həm də Vətən olaraq qazandıqlarımızın - önündə məqamı uca olmuş şəhidlərimiz gəlir, ruhları şad olsun! Onların neçə nəfərini yaxından tanıyırdıq ki, cəmiyyət olaraq... Şəhidlik zirvəsinə ucaldıqdan bu düşüncələrə qərq oldum ki, mən heç canım bacım oğlunu yaxından tanımamışam...

Neçə-neçə şəhid valideynindən eşitdim, bizim oğlumuz necə qəhrəmanmış, necə cəngavərmiş, bilməmişik, evimizdə qəhrəman böyüyürmüş.

Bax, belə... İtiririk, qazanırıq... Digərləri də eləcə... O qədər tanımadığımız, amma itirdikdən sonra tanıdıqlarımız var ki... Deyirik kaş zaman ayırıb heç olmasa 3-5 saat həmsöhbət olaydıq. Bəlkə elə bu, həmin vaxtsız itkinin zamanını dəyişə bilərdi. Ürəkdən və bəşəriyyətin bəlası olan xərçəngdən dünyasını dəyişənlər həm də stresin, gərginliyin qurbanı olur axı...

Cəmiyyət olaraq bir-birimizə münasibətimizə əl, göz gəzdirməliyik, qənimçilikdən əl götürməliyik!

Bir həmkarımızın - Zülfüqar Hüseynzadənin 40-ı çıxmamış, daha bir həmkarımızı itirdik. Çox böyük itkilərdir. Bəlkə də hələ fərqində deyilik. O gün Zülfüqarla bağlı anım mərasimində dedim ki, belə bir tədbir - anım yox, məsələn, yubiley tədbiri sağlığında olsaydı, bəlkə həmkarımızın ürəyi fərəhdən daha 5-10 il yaşayardı...

Bəlkə də emosional yanaşmadır, nə bilim... Amma axı, deyirlər hər dəqiqə gülüş insan ömrünü 15 dəqiqə uzadır...

Natəvan xanımın məzarı üzərindəki həyat eşqiylə dolu şəklinə və məzarı üstündə boynubükük yeniyetmə oğluna baxıram... Zülfüqarın oğlunu xatırladım həmin an... Valideynlər oğullarının boyunu doyunca oxşamadan həyata vida edirlər...

Bütün vətəndaşlarımızın oxşar taleyinə üzülürəm, ağrıyıram, sarsılıram. Bilirəm ki, ürəyimin yağını əridirəm, amma biganəlik mənlik deyil...

Keçən ay yazmışdım ki, jurnalistlər kifayət qədər stressli sahədə çalışırlar, bəlkə onların sağlıq durumu, yaxud həmkarların xəttilə istirahətə getməsilə bağlı hansısa layihə işlənib hazırlansın. Sağ-soldan döşədilər ki, "göydən düşüblər", daha nələr... Onda baxın bu fotolara!

Yaxud Milli Mətbuatın yaranmasının 148-ci ildönümü ərəfəsində sosial şəbəkədə mətbuata, jurnalistlərə ünvanlı yersiz ifadələr ifadələr, ironiyalar, hətta aşağılayıcı sözlər yazanlar gördüm. Sanki birilərinin ...jurnalistlər öldürmüşdü...

Natəvan xanım dünyaya gözlərini əbədi yumandan sonra görmürəm həmin məzmunlu statusları... Sanki ölümü ilə "mehriban olun" ismarıcını yolladı.

Bir ovucdur gerçək jurnalistlər, niyə onların ölümünə, yoxluğuna susayıb bir dəstə?!

Son illərdə nə qədər həmkarımızı vaxtsız itirmişik: Elmira Əmrahqızı, Məmməd Nazimoğlu, Elçin Səlcuq, Vüqar Qocamanlı, Ceyhun Nağı, Alim Kazımlı, İbrahim Bayandurlu, Zabil Müqabiloğlu, Adil Qaçayoğlu, Natiq Qədimov, Namiq İbrahimov, Hüseyn Əfəndi, Şahin Ağabəyli, İlham Rzayev, Ağalar Mirzə, İlqar Qulusoy, Rasim Əliyev, Fuad Abdürrəhmanlı, Qadir İbrahimli, Tural Əlfoğlu, Ellada Mustafayeva...

Şəhidlərimiz Məhərrəm İbrahimov və Sirac Abışovdan ta Alı Mustafayevə... Salatın Əsgərovayadək...

İtirdiklərimizin sayı çoxdur, lap çox... Özü də əksəriyyəti ağır xəstəliklər və ürəkdən...

Onlar sağ olsaydı, şübhə etmirəm ki, sosial şəbəkədə "at oynadan" qanunsuz dəstə onları da hədəfə alacaqdı...

Milli Mətbuat günü ərəfəsində... Mətbuatımızda hələ də SÖZ ADAMLARI, İMZALAR VAR, onlarla bağlı xoş sözlərinizi, həm də saxta göz yaşlarınızı ölümlərindən sonraya saxlamayın (ünvanlı!!!).

Sözünüzün və özünüzün yerini bilin!

Allah Natəvan xanıma və bütün dünyadan köçmüş həmkarlarımıza rəhmət eləsin!

Elşad Paşasoy


Xəbər 6455 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +