Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


23.03.2024  16:32 

Amerika Moskvada terror aktının planlayanın başına 10 milyon dollar ayırıb - DETALLAR





A+  A-

Sənaullah Qafari (1994) daha çox Şahab əl-Muhacir adı ilə tanınır. O, 2020-ci ildən İslam Dövlətinin Xorasan vilayətinin 7-ci əmiri kimi fəaliyyət göstərir.

Maraqlıdır ki, o, bir müddət özbək əsilli Əfqanıstan generalı, Əfqanıstandakı özbəklərin lideri, Əfqanıstanda yüksək vəzifələrdə çalışmış Əbdül Rəşid Dostumun cangüdəni olub...

O, 2010-2012-ci illər arasında Haqqani şəbəkəsinə qoşulub. Orta səviyyəli əməliyyatlara rəhbərlik edib. O, bir müddət Əl-Qaidə ilə birlikdə döyüşüb. Taliban isə Qafarinin Haqqani şəbəkəsinin üzvü olduğunu inkar edir.

2020-ci ilin aprelində Qafari İŞİD-Xorasanın əmiri və əməliyyat rəhbəri təyin edilib. O, həmçinin İŞİD-X əmiri adlandırılan ilk qeyri-Əfqan və qeyri-Pakistan vətəndaşıdır. O, Əfqanıstana İraqdan gəlib.



Qafarinin 2021-ci ildə Kabildə təşkil etdiyi hava limanına edilən hücumdan sonra Taliban onu ələ keçirmək üçün hər cür tədbir görəcəyini elan etdi.

2023-cü ilin iyun ayında Talibanın Kəşfiyyat Baş Müdirliyi Kunar əyalətinin Sirkanay rayonunda İŞİD-X-ya qarşı "böyük əməliyyata" başladı və ən azı onların 3 sığınacağını məhv etdi. 14 İŞİD-X üzvünün öldürüldüyü bildirildi.

Əməliyyatın məqsədi kəşfiyyat məlumatından sonra Qafari və İŞİD-X-ın sözçüsü Sultan Əziz Əzzamı öldürmək və ya ələ keçirmək idi.

Pakistan mediası Əfqanıstan və Pakistan kəşfiyyat rəsmilərinə istinadən Qafarinin iyunun 9-da “müəmmalı şəraitdə” öldüyünü bildirib. Bu xəbəri "Amerikanın Səsi" radiosu Əfqanıstan mənbələrinə istinadən təsdiqlədi. Taliban sözçüsü isə bildirdi ki, bu kimi xəbərləri təsdiq edə bilməzlər.

2022-ci ildə ABŞ Dövlət Departamenti Şahab əl-Muhacirinin yeri barədə dəqiq məlumat verənə 10 milyon dollar mükafat təyin edib.



İslam Dövləti – Xorasan Vilayəti (İŞİD–X) İslam Dövləti terror qruplaşmasının Cənubi-Mərkəzi Asiyada, ilk növbədə Əfqanıstanda fəaliyyət göstərən regional qoludur.

İŞİD-X öz sərt, fundamental islamçı idarəçiliyi altında İslam xilafətini qurmaq üçün tarixi Xorasan bölgəsində hazırda mövcud olan idarəçiliyin yaratdığı sabitliyi pozmağa və devirməyə çalışır...

Məhz 29 yaşlı Şahab əl-Muhacirin göstərişi ilə terrorçular Moskvada kütləvi qırğın törədib. Hal-hazırda terror qurbanlarının sayı 115 nəfəri keçib.

İŞİD-X Əfqanıstan və Pakistanda dinc sakinlərə qarşı çoxsaylı yüksək səviyyəli hücumlar həyata keçirib. Ən diqqətəlayiq hücumlar arasında 2021-ci ilin avqustunda ABŞ-ın ölkədən çıxması zamanı Kabildə 13 Amerika hərbçisinin və ən azı 169 əfqanın ölümünə səbəb olan intiharçı partlayışı var.

2018-ci ilin iyulunda Pakistanda seçki mitinqlərində ən azı 131 nəfərin ölümünə səbəb olan iki intiharçı partlayışı, 2016-cı ilin iyulunda Kabil şəhərinin mərkəzində 97 xəzər etnik qrupuna məxsus etirazcının ölümü (xəzərlər şiədir) ilə nəticələnən ikiqat partlayış, 2023-cü ilin iyulunda Pakistanın Xar şəhərində keçirilmiş mitinqində 63 nəfərin ölümünə səbəb olan intiharçı partlayışı yada salmaq olar.



İŞİD-X hücumlarının əksəriyyəti Əfqanıstanın şərqində və Pakistanın qərbində baş versə də, qrup Əfqanıstanın şimal qonşuları olan Tacikistan və Özbəkistana raketlər atdığını iddia edib. 2024-cü il yanvarın əvvəlində iki İŞİD-X hücumçusu İranın Kirman şəhərində ABŞ tərəfindən qətl edilmiş Qüds Qüvvələrinin lideri Qasim Süleymaninin ölümünün ildönümü ilə bağlı matəm mərasiminin keçirildiyi ərazidə iki intiharçı partlayış törədib. 94 nəfərin ölümünə səbəb olan hücum İŞİD-X-nın Əfqanıstan-Pakistan bölgəsi sərhədlərini aşan ilk hücumu idi.

Dünən isə İŞİD-X cənub-qərb Asiyadan kənarda ilk hücumunu Moskvada həyata keçirib.

Xeyli müddətdir ki, İŞİD-X Taliban hökuməti ilə uzun sürən münaqişəyə cəlb olunub. Taliban və İŞİD-X ABŞ-a qarşı fəal mübarizə aparsalar da, ABŞ geri çəkildikdən sonra İŞİD-X nəzərdə tutulan İslam xilafətini qurmaq üçün Taliban rejimini nüfuzdan salmaq, sabitliyi pozmaq və devirmək üçün səylərini artırıb...

Onu da xatırladım ki, Taliban terror üsulu ilə mübarizə apararaq Əfqanıstanda rəsmən hakimiyyətə gəldi.

İŞİD isə bir müddət Suriya və İraqda iqtidarda (2013-2014) oldu. Bu kimi nümunələr mövcud terrorçu qruplara marağı daha da artırdı. İndi çoxları elə düşünür ki, terror vasitəsi ilə bu və ya digər müsəlman ölkəsində iqtidarı devirmək və hakimiyyətə gəlmək olar.

O da maraqlıdır ki, sünni terror qruplarının əsas şüarı islam xilafəti ilə bağlıdır. Şiə terrorçu qruplar arasında isə xilafət ideyası o qədər də populyar deyil...

Elbəyi HƏSƏNLİ, SÜRİX


Xəbər 1067 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +