Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


19.03.2024  15:50 

NATO Azərbaycandan nə istəyir? - Azərbaycanı Rusiya ilə mübarizəyə sövq etmək və ən əsası...





A+  A-

Martın 17-də Azərbaycana səfər edən NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibə verib. Baş katib şifrəli danışmayıb və təmsil etdiyi hərbi blokun Azərbaycanın qarşısındakı istəklərini açıq şəkildə ifadə edib. Bu istək və “tələb”lərin nədən ibarət olduğu haqqında aşağıda yazırıq.

Amma Y.Stoltenberqin işlətdiyi bir ifadə daha çox diqqət çəkir və demək olar ki, müsahibədə mübahisələndirilməsi daha çox mümkün olan ifadələrdən biri də məhz budur: “NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın”.

Kifayət qədər ciddi və suallar yaradan iddiadır. O, Putinin qalib gəlməsində Azərbaycanın maraqlı olmadığını əminliklə bildirir. Ən maraqlısı budur ki, Baş katib Rusiyanın deyil, “Putinin qalib gəlməsinin qarşısı alınması”ndan danışır, müharibəni Rusiyanın yox, Putinin müharibəsi kimi təqdim edir. Eləcə də, Y.Stoltenberq Putinin (Rusiyanın) uduzmasında Azərbaycanın maraqlı olduğunu dövlətimizin boynuna zorla qoyur. Başqa bir dövlətin adından Rusiyanın uduzmasının tərəfdarı olduğunu bəyan etmək məsuliyyətsiz addım olmaqla yanaşı, həm də Azərbaycanı Rusiyanın hədəfinə gətirmək cəhdidir. Həmçinin, bu, Əliyev-Putin arasındakı pozitiv münasibətlərin zədələnməsinə hesablanmış addımdır. Ən azı, hər iki lider Baş katibin səsləndirdiyi iddianı müzakirə edə bilər.

Ssenari eynidir, bu, NATO-nun 2008-ci ildə Gürcüstanı, 2018-2019-cu illərdə isə Ermənstanı “Rusiyanın zəiflədilməsi, Qafqazdan tamamilə çıxarılması, ABŞ-ın regionda möhkəmlənməsi prosesində aktiv iştirak etməyə” çağırışlarının davamıdır. Hər iki ölkənin və Ukraynanın taleyi bəllidir, Baş katib “Rusiyanın istədiyi hər şeyə nail olmaq üçün hərbi yola atdığını” da bildirir.

Dolayısı ilə Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycanın Rusiya ilə konfliktə girmədiyini və amma bu konfliktin yaranmasının vacib olduğunu ifadə edir. Bəs, bu, kimin üçün vacibdir? Bu konflikt Azərbaycana lazımdırmı? NATO Azərbaycana Rusiya ilə döyüşməyi təklif edir, amma Azərbaycanın təhlükəsizliyinin təminatı ilə bağlı heç bir ifadə işlətmir. NATO-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparıldığını, daha çox Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə fəaliyyətin mümkünlüyündən danışması gələcək perspektivlər üçün çox yaxşıdır.

Amma NATO-nun istəklərinə qayıdaq...

Bəribaşdan qeyd edək ki, Y.Stoltenberqin Azərbaycan qarşısında istəklərini ortaya qoyur, amma ölkəmizin strateji planlarına, xüsusilə də Zəngəzur dəhlizinin açılmasına toxunmur.

BİRİNCİSİ, NATO-nun Baş katibi Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmasını istəyir:

“Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı və minaların təmizlənməsi sahəsində dəstəyini yüksək qiymətləndirirəm. Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq da çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir”.

Əvvəla, Azərbaycanın əsas strateji müttəfiqi olan Türkiyə NATO üzvü olsa da, Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Montrö Konvensiyasına istinad edən Türkiyə “biz öz fayda və rifahımızdan çıxış edərik” dedi və sanksiyalara qoşulmayacağını bəyan etdi.

Ukraynada müharibə hələ də davam edir, eyni zamanda Rusiya və NATO üzvü olan Türkiyə arasındakı münasibətlər də şahraq xətt üzrə inkişaf edir, hətta Türkiyədə Rusiyanın dəstəyi ilə (24 milyard dollar) ilk atom elektrik stansiyası tikilir.

Digər tərəfdən, 2023-cü ildə Rusiya-Azərbaycan arasındakı ticarət dövriyyəsi 4 milyard 358 milyon 740,17 min təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 17,5% çoxdur. Təkcə 2024-cü ilin yanvar-fevral aylarında hər iki ölkə arasındakı ticarət dövriyyəsi 591 milyon 254,1 min təşkil edib.

Həmçinin, 2022-ci il fevralın 22-də Azərbaycanla Rusiya arasında Müttəfiqlik Bəyannaməsi imzalanıb. Bəyannamə ilə hər iki ölkə üzərinə öhdəliklər götürüb, iqtisadi, siyasi, hərbi, nəqliyyat, aviasiya, sənaye və digər mühüm sahələr üzrə qarşılıqlı fəaliyyət planlaşdırılıb və icra olunmaqdadır. Azərbaycanın əksər ölkələrlə etibarlı müttəfiq olduğunu nəzərə alsaq, ölkəmizin Rusiyaya qarşı hər hansı sanksiya çağırışlarına qoşulacağı ehtimala sıfıra bərabərdir. Eləcə də Bəyannamənin 17-ci maddəsində qeyd olunur: “Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər”. İki ölkənin hökumətləri arasında gələcək inkişafla bağlı 3-cü Yol Xəritəsi də imzalanıb.


Hazırda Rusiyada 3 milyondan artıq azərbaycanlı yaşayır, yüzlərlə diaspor təşkilatımız fəalyyət göstərir. II Qarabağ müharibəsi gedən bir ərəfədə ATƏT-in Minsk qrupu həmsədrlərindən ABŞ susqunluq nümayiş etdirib, Fransa Erməistana hərtərəfli dəstək verib, Rusiya isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini bəyan edib.


Bütün bunlarla yanaşı və Baş katibin qeyd etdiyi kimi, Azərbaycan Ukraynaya humanitar yardımlar göstərib. Bu günə qədər Azərbaycan heç bir hərbi ittifaqa qoşulmayıb, Qoşulmama Hərəkatındakı liderliyi ilə tərəfsiz, ədalətli mövqe nümayiş etdirib, hər hansı ölkənin daxili işlərinə müdaxilə etməyib və başqa bir dövlətin vədləri digər dövlətə qarşı hər hansı ssenaridə yer almayıb. İndiyə qədər Azərbaycanın Ukraynaya etdiyi humanitar yardımların məbləği də 57 milyon manat təşkil edir.

İKİNCİSİ, NATO-nun Baş katibi Azərbaycanı əmin etmək və inandırmaq istəyir ki, Ukraynadan sonra Rusiya yenidən Qafqaza geri dönəcək, bu baxımdan Azərbaycan üçün böyük təhlükə gözlənilir:

“Qafqaz Rusiyanın genişmiqyaslı təcavüzkar müharibə apardığı Ukraynadan o qədər də uzaq deyil. Əgər Prezident Putin Ukraynada qalib gələrsə, bu, təkcə Ukrayna üçün faciə deyil, həm də hər kəsə, o cümlədən Azərbaycana və NATO müttəfiqlərinə təhlükə törədər”.

Heç şübhəsiz, Rusiya Qafqazdadır, Baş katibin təbirincə desək, “Qafqaz geri dönəcək”, amma bu təhlükə daha çox Gürcüstan və Ermənstan üçün var. Azərbaycan Rusiya ilə strateji müttəfiqdir, iki ölkə arasında heç bir problem yoxdur.

Bəri başdan qeyd edək ki, NATO-nun istəkləri həm də İrana qarşı yönəlib. Azərbaycan qonşu ölkələrlə münasibətlərinin korlanmasına təşviq edilir. Nəzərə almaq lazımdır ki, Azərbyacan-İran arasında münasibətlər bərpa olunmaqdadır, hətta İran-Azərbaycan prezidentlərinin Xudafərində görüşü planlaşdırılır.

Azərbaycan qonşu ölkələrlə mehriban qonşuluq siyasəti aparmaqda maraqlı olduğunu həmişə sübut edib və bu məsələdə bu gün də israrlıdır, bundan sonra da belə olacaq.

Zaman-zaman özünə qarşı yönələn hücumların qarşısını almaqda da qətiyyət nümayiş etdirib.

Hazırda Azərbaycanın əsas strateji müttəfiqləri, xüsusilə, Türkiyə Zəngəzur dəhlizinin açılması üçün bütün mümkün addımların atılacağını da bəyan edir. NATO Baş katibi isə bu dəhlizlə bağlı bircə ifadə işlətmir. Halbuki, Avropanın, Alyans üzvlərinin Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azaltmaq üçün Azərbaycanın önəmini qabardır. Bəs, Azərbaycanın maraqları?!

Qeyd etmək lazımdır və NATO-nun Baş katibinin də bildirdiyi kimi, Gürcüstan NATO-a üzv olmaq üçün müraciət edib. İlk dəfə 2002-ci ildə, daha sonra isə 2007-2008-ci ildə NATO-ya üzv olmaq üçün davamlı müraciətlər edən Gürcüstanın istəyi hələ də yerinə yetirilməyib. Nəticələr göz qabağındadır, torpaqlarını itirdi, Amerikayönümlü Sakaaşvili illərdir öz ölkəsində həbsdədir, bu gün isə Cənubi Osetiya Rusiyaya birləşmək müraciətlər edir.

NATO Baş katibi Azərbaycana qarşı yönələn potensial təhlükələrlə bağlı hər hansı konkret təkliflə çıxış etmir, daha açıq şəkildə desək, Qafqazda yeni “qurban” axtarır.

Rusiyaya qarşı sanksiyaların heç bir işə yaramadığını dərk edən NATO çıxılmaz durumda Rusiyanın müttəfiqi olan qonşu ölkədən - Azərbaycandan yardım istəyir. Azərbaycan isə öz maraqlı çərçivəsində hərəkət etməkdədir. Bu, belə də olmalıdır.

Hər ifadəsində Avropa İttifaqının, Qərbin, NATO-nun maraqlarını önə çəkən Baş katib regional və qlobal proseslərdə Türkiyənin rolu ilə bağlı da danışmır. Xüsusilə qeyd etmək lazımdır ki, 1999-cu ildən Avropa Birliyi üzvlüyünüə namizəd olan Türkiyə indiyə qədər bu birliyə üzv kimi qəbul edilmir.

Bu amil xüsusilə qeyd olunmalıdır. Azərbaycanı Rusiya ilə döyüşməyə təşviq edən NATO-nun əsas hədəflərindən biri həm də Prezident İlham Əliyevdir. Onlar Rusiya ilə münasibətlərin pisləşəcəyi təqdirdə İlham Əliyev üçün də ciddi risklər yaratmağı düşünürlər. Məsələn, Rusiya öz ölkəsində yaşayan həmvətənlərimizin kiçik bir hissəsini Azərbaycana göndərsə, daxildə sosial, iqtisadi və siyasi risklər də artmış olacaq.

Azərbaycanı Rusiya ilə düşmənçiliyə sövq edən daxildəki bəzi "qüvvə"lərin də əsas məqsədi məhz budur - daxildə risklər yaratmaq!

Qərbin, NATO-nun bu günə qədər həzm edə bilmədiyi əsas məsələ İlham Əliyevin uzunmüddətli, amma səmərəli, monolit, eləcə də, qlobal miqyasda balanslaşdırılmış siyasət aparmağa qadir olan dövlətçilik sistemi qurmasıdır.

Ukraynanı - Şərqi Avropa ölkəsini bütün dünyanın gözü qarşısında param-parça edən Rusiyaya qarşı heç bir effektiv addım ata bilmirlər. Milyardlarla vəsait ayırıb Zelenskini müharibəni davam etdirməyə sövq etməkdən başqa ortada heç bir strateji iş görməyən NATO sülhə nail olmaq üçün də addım atmır. Rusiya ilə döyüşmək üçün əlavə qüvvələr, “müttəfiq”lər axtarır.

Təbii ki, Y.Stoltenberqin Ermənistanla sülh müqaviləsinin bağlanmasının vacibliyindən danışması, Azərbaycanı Ukraynaya yardım etdiyinə görə alqışlaması və bu yardımın davam etdirilməsinin əhəmiyyətli məsələ olduğunu bildirməsi kosmetik istəklərdir.
Azərbaycan onsuz da bu addımları atır, humanitar məqsədlə Ukraynaya yardım da edir, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bütün pozitiv və sülhməramlı addımlarını atır.

Göründüyü kimi, NATO-nun əsas istəyi öz mövcudluğunu Qafqazda möhkəmləndirməkdir.

Bir məsələ də qeyd olunmalıdır, bəli, Azərbaycan 30 ildir NATO ilə etibarlı tərəfdaş kimi çıxış edir. Baş katibin də qeyd etdiyi kimi, Kosovada, Əfqanıstanada həyati əhəmiyyətli missiyalar yerinə yetirib. Amma Azərbaycan heç bir halda öz ölkəsindən digər ölkəyə yönələn neqativlərə də yer verməyib, təzyiq aləti olmayıb.

Həmçinin, NATO Baş katibinin fikirlərində Yaxın Şərqə və Orta Asiyaya daha münbit çıxış əldə etmək Azərbaycandan istifadə niyyəti də dayanır.

Samir Feyruzov

Xəbər 1213 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +