Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


17.12.2021  20:36 

Tibb müəssisələrinin 73%-i köhnə cihazlardan istifadə edir





A+  A-

Dünya üzrə tibb müəssisələrinin 73%-i köhnəlmiş əməliyyat sisteminə malik cihazlardan istifadə edir. Bu, əsasən yenilənmə paketlərinin yüksək qiymətləri, yeni və köhnə sistemlərin uyğunluq problemi səbəbindən baş verir.

XəzərNews.az xəbər verir ki, bu barəd Kaspersky-nin yeni araşdırmasında deyilir.

Tibb müəssisələri əməliyyat sistemi yenilənməsi mümkün olan cihazlardan ehtiyac olduqda istifadə edə bilirlər, amma bu təhlükəsiz olmaya bilər. Əgər istehsalçılar daha sistemi dəstəkləmirsə, onlar onun üçün yenilənmə istehsalını da dayandırırlar. Yenilənmə vacibdir, çünki onlara təkcə təkmilləşmə deyil, həm də zəifliklər üçün yamaqlar (patch) daxildir. Əgər boşluqlar bağlı deyilsə, təcavüzkarlar onları korporativ infrastruktura giriş nöqtəsi kimi istifadə edə bilərlər.

Araşdırma göstərib ki, sistem zəiflikləri ucbatından hər ikinci tibb müəssisəsi ya məlumat sızması, ya DDoS hücumları, ya da fidyə proqramları ilə qarşılaşıb. Sorğuda iştirak edənlərin yalnız 30%-i əmindir ki, çalışdıqları təşkilat insident baş verməsi halında təcavüzkarlara qarşı effektiv mübarizə apara bilər.

“Tibb müəssisələrinə hücumlar məlumat sızmasından tutmuş təşkilatlarda baş verən əksər proseslərin dayanmasına kimi müxtəlif nəticələrə səbəb ola bilər. İstənilən halda onlar təkcə maliyyə itkisi təhdidi yaratmaya bilərlər. Amma əgər “ağıllı” cihazlara – internetə qoşulmuş cihazlar dəstinə sistem yenilənməri vaxtında quraşdırılarsa, həmçinin əməkdaşların rəqəmsal savadlılığı artırılarsa, riskləri azaltmq olar,” - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kiber insident ehtimalını azaltmaq üçün, Kaspersky tibb müəssisələrinə tövsiyə edir:

· əməkdaşlara kiber gigiyenanın əsas qaydalarını öyrədin, çünki hücumlar daha çox fişinqdən və digər sosial mühəndislik tenikalarından başlayır;

· şəbəkələrin kiber təhlükəsizlik auditini aparın və aşkarlanan zəiflikləri vaxtında aradan qaldırın;

· son cihazların qorunması ilə yanaşı hədəfli hücumlardan qorunmaq üçün xidmətlər tətbiq edin. Məsələn, Kaspersky Managed Detection and Response sistemi hücumları ilkin mərhələlərdə - hücum edənlər öz məqsədinə çatmadan tanımaq və dayandırmağa kömək edə bilə;

· tibb cihazlarında nadir hallarda yenilənən daxili sistemlərin müdafiəsini gücləndirin. Məsələn, Kaspersky Embedded System Security həlli xüsusi olaraq köhnəlmiş sistemləri dəstəkləyən cihazları əlavə yüklənmə olmadan qorumaq üçün hazırlanıb. Məhsul təzəlikcə yenilənib, onda bulud vasitələrini idarə etmək imkanları peyda olub ki, daxili cihazları digər son cihazlar kimi eyni konsoldan idarə etməyə imkan verir.

Araşdırma, Kaspersky-nin sifarişi əsasında 2021-ci ildə Arlington Research agentliyi tərəfindən aparılıb. Sorğuda 34 ölkədən olan respondentlər iştirak edib.

Xəbər 1246 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +