Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


13.05.2024  12:29 

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumunu zəruri edən nə idi?





A+  A-

Məlumat verildiyi kimi, İtaliya Respublikasının Roma şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçirilib. “Azərbaycan diasporu qlobal informasiya müharibəsində: reallıqlar, vəzifələr” mövzusunda keçirilmiş tədbir adından göründüyü kimi, çox aktual problemlərə həsr olunub.

Xəzərnews.az xəbər verir ki, Forum beynəlxalq səviyyəli əlamətdar tədbirin keçirilməsi ilə eyni günə təsadüf edib.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçirilib. Mötəbər tədbirdə İslam dünyasından, Türk ölkələrindən çoxsaylı qonaqlar iştirak edib. Nə xoş təsadüf ki, İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş Şuşa şəhərində İslam-Türk mədəni həmrəyliyi naminə böyük və müqəddəs missiya həyata keçirilərkən, diaspor fəallarımız da Avropanın qədim mədəniyyət paytaxtında Respublikamıza və ölkə rəhbərliyinə qarşı açılmış haqsız informasiya müharibəsində düşmənə qarşı birlik nümayiş etdirməyin yollarını müzakirə edirdi.

Əslində Şuşada keçirilən dünya səviyyəli tədbir də zorən cəlb olunduğumuz informasiya müharibəsində düşmənlərimizə vurulmuş sarsıdıcı zərbə hesab oluna bilər. Bu tədbirlə həm Qarabağın tarixən zəngin Türk-İslam mədəniyyətini yaşadan, qədim Azərbaycan torpağı olduğu mesajı verildi, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizlə bağlı məkrli planlar quran çevrələrə sərt ismarıclarını çatdırmış oldu.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə keçirilən Forum da əslində dövrümüzün qlobal çağırışlarının, müasir geosiyasi trendlərin konteksində qarşılaşdığımız vəziyyətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ifadə olunmuş meyarlar çərçivəsində dəyərləndirmək, Azərbaycan diaspor hərəkatının qarşısında duran əsas vəzifələrin müəyyən edilməsi və həyata keçirilməsi metodikasına dair müzakirələrin aparılması və qərarların qəbul olunması idi. Hər bir azərbaycanlının, o cümlədən qərib ölkələrdə yaşasalar da, qəlbləri daim Vətən sevgisi ilə döyünən mühacir soydaşlarımızın da qarşısında duran əsas məqsəd və vəzifələri Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V qurultayındakı proqram xarakterli çıxışında, həmçinin Prezident seçkilərindən sonra keçirilən Andiçmə mərasimində aydın şəkildə izah etmişdi.

Forumdakı bütün dəyərləndirmələr və müzakirələr məhz cənab Prezidentin tapşırıq və tövsiyələri üzərindən aparılıb, qərarlar qəbul olunan zaman dövlət başçısının direktivləri əsas götürülüb.

Tədbirdə qeyd olunub ki, məcburən cəlb edildiyimiz informasiya müharibəsinin daha amansız və qızğın dövrü yaşanır. Əsas düşmənini – erməni diasporunu yaxşı tanıyan dünya azərbaycanlıları dərk etməlidir ki, eyni zamanda, ölkəmizin müstəqil siyasət yeritdiyini, imperialist və talançı güclərə boyun əymədiyini qəbul etməyən və buna görə də dövlətimizi zəiflətmək istəyən düşmən çevrələr də var.

Forum iştirakçılarının ortaq qənaəti bu olub ki, həmin düşmənləri tanımağımız üçün, ümumiyyətlə, qlobal informasiya savaşında səflərimizi doğru müəyyən etməkdən, dostlarımızın kim olduğunu bilməkdən ötrü cənab Prezident İlham Əliyevin müdrik siyasəti, o cümlədən diplomatiyamızın addımları yaxından izlənilməli, dünyada gedən siyasi proseslər diqqətlə təqib edilməlidir.

Forumun yekdil qənaətinə görə, əsas diqqət Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən hərb cəbhəsində sarsıdıcı zərbələr alaraq rüsvayçı məğlubiyyətlə üzləşmiş erməni faşizminin hərəkətlərinə yetirilməlidir. Qarabağ münaqişəsi Müzəffər Ali Baş Komandanın “Dəmir Yumruq”u ilə tamamilə həll olunsa da, erməni diasporu və onların havadarları konflikti yenidən təzələyərək bəzi imperialist dövlətlərin müzakirə masalarına və beynəlxalq platformalara daşımaq istəyirlər.

Toplantı iştirakçılarının fikrincə, bu cəhdlərin qarşısının alınması diasporumuzun qarşısında duran ümdə vəzifələrdəndir. Sözügedən vəzifələrin icrası zamanı müdafiə mövqeyində durulmamalı, düşünülmüş şəkidlə, savadlı hücum taktikalarından istifadə olunmalıdır. Erməni yalanlarını ifşa etməkdən ötrü milli-mədəni dəyərlərimiz, tariximiz haqqında, Prezidentimizin haqq işi barədə genişmiqyaslı, intensiv təbliğat aparılmalıdır. Bunun üçün diaspor təşkilatının sistemli fəaliyyətinin qurulması işi bir daha nəzərdən keçirilməli, dövlət-diaspor işbirliyi daha da gücləndirilməlidir.

Diasporun diqqətdə saxlamalı olduğu digər mühüm vəzifə ölkəmizə və dövlət başçısına qarşı aparılan böhtan, qarayaxma kampaniyalarıdır. Təəssüf hissi ilə qeyd edək ki, bütün fəaliyyətini yalan və qarayaxma kampaniyası üzərində qurmuş ermənilərə və havadarlarına əleyhimizə apardıqları qara PR kampaniyasında “sapı özümüzdən olan” baltalar da var. Bu şəxslər bir vaxtlar Azərbaycanı zəiflətmək və gözdən salmaq istəyən çevrələrin dəstəyi ilə fəaliyyət göstərən donor təşkilatların maliyyəsi ilə əleyhimizə işləyirdilər. Ölkə daxilində xəyanətkar fəaliyyətləri ifşa olunan həmin kəslər anti-Azərbaycan dövlətlərin xüsusi xidmətlərinə sığınaraq ən çirkin şəkildə böhtan kampaniyası aparırlar. Bu şəxslərin iç üzünü açmaq, əsl simalarını yaşadıqları cəmiyyətə göstərmək də xaricdəki soydaşlarımızın fəaliyyət istiqamətlərindən biri olmalıdır.

Forumun yekdil rəyi bu oldu ki, ənənəvi amallarla yanaşı, əsas məqsəd Vətənimizin dünyaya düzgün tanıdılması, Dövlətin və Prezidentin haqq işinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Ən böyük məqsəd isə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəri olduğu Böyük, Güclü və Bütöv Azərbaycandır!

Diaspora.TV-nin
Analitik Qrupu


Xəbər 2181 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +