Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


30.08.2021  16:34 

“Azərpoçt”un ABŞ “sərgüzəşti” - Saxtakarlığın anatomiyası





A+  A-

“Azərpoçt” vətəndaşdan bağlamanı qəbul edir, ünvana çatdırılma haqqını vətəndaşa ödətdirir, ancaq bağlamanın sonrakı taleyi ilə bağlı heç bir məlumat vermir.
17.05.2021-ci il tarixdə paytaxt sakini A.Hüseynova Azərpoçt MMC, AZ1123 saylı poçt şöbəsindən Amerika Birləşmiş Ştatlarında yaşayan oğluna - Azərpaşa Hüseynliyə bağlama göndərir (məxaric qəbzi № 327243559 / icraçı: Leyla Nəsibova). Aradan üç aydan artıq müddət keçməsinə baxmayaraq, sözügedən bağlama hələ də ünvana çatmayıb. Belə bir vəziyyətdə vətəndaş bağlamanı göndərdiyi poçt şöbəsinə sorğu ilə müraciət edib, məlumat almaq istəyir, “bağlama bizdən çıxıb” cavabını alır. Göründüyü kimi, bağlamanı qəbul edən, onu ünvana çatdırılmasına məsul olan poçt şöbəsi sadəcə, məsuliyyəti üzərindən atmağa üstünlük verir.

XəzərNews.az-a müraciət edən vətəndaş sözügedən prosesin media tərəfindən işıqlandırılmasını xahiş etdi. Biz də ilk olaraq bağlamanın qəbul edildiyi AZ1123 nömrəli poçt şöbəsi ilə əlaqə saxladıq. Bildirildi ki, 19.05.2021-ci il tarixdə bağlama Azərbaycan Gömrük Komitəsi tərəfindən ölkədən çıxarılıb. Ancaq bundan sonra bağlamanın taleyi ilə bağlı heç bir məlumat yoxdur (?).

“Azərpoçt” MMC-nin “169” qaynar xətti ilə əlaqə saxladıq. MMC-nin saytından (əlaqə bölməsindən) Facebook vasitəsi ilə məsələni onlara ünvanlamağımızı və cavab verilənədək gözləməyimizi məsləhət bildilər. Deyildiyi kimi də etdik, yəni saytdakı əlaqə bölməsinə məsələni ətraflı şəkildə ünvanladıq. Düzdür, əlaqə bölməsindən bizə cavab verildi - əgər, buna “cavab” demək olarsa... Bildirildi ki, vətəndaş bağlamanı göndərdiyi poçt şöbəsinə yaxınlaşaraq sorğu göndərsin. Bu da o sorğudur ki, vətəndaş həmin sorğunu artıq bir neçə dəfə göndərməsinə baxmayaraq, təssüf ki, hər dəfə eyni cavabı alıb, yəni ki, məsələ artıq onlarlıq deyil (!). Bəs, kimlikdir?

“Onlarlıq olmayan” işin arxasından birbaşa məsuliyyətsizlik, cavabdehsizlik daha qabarıq şəkildə özünü göstərir. Bu, artıq ölkə vətəndaş(lar)ına, əslində isə elə birbaşa dövlətin, dövlət hakimiyyətinin özünə aşkar sayğısızlığın kulminasiya nöqtəsidir. Daha bu qədər də yox!

23.07. 2021-ci il tarixdə “Azərpoçt” MMC-nin sədri Əfqan Cəlilova teleqram vurulur və ondan bu işin aydınlaşmasında yardımçı olması xahiş edilir. Və bugünədək heç bir cavab yoxdur, bəlkə teleqram da heç ünvanına çatmayıb, yəni bağlamanın aqibətini yaşayıb. Ola bilər və axı, niyə də olmasın... Bir poçt şöbəsi (1123) ki, bağlamanın göndərilməsilə bağlı vətəndaşa təqdim etdiyi qəbzin üzərində əks olunan möhürdəki tarix “17.05. 2021” əvəzinə “17.05.2020” göstərsin, demək qeyri “işlər” də mümkündür.

Deyəsən, “Azərpoçt”, ümumən isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çox da uzaq olmayan keçmişinə - vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakını talama mənimsəmə və s. – daha möhtəşəm dönüş etmək istəyindədir? Ayrı cür düşünmək olmur! Axı, necə ola bilər ki, “Azərpoçt” MMC üzərinə düşən vəzifəni, yəni çatdırılma haqqını ödətdirdiyi və qəbul etdiyi bağlamanı üç aydan artıq bir müddətdə ünvana çatdıra bilmir, eyni zamanda bağlamanın hazırkı taleyi ilə bağlı da heç bir doğru-dürüst məlumat vermir? (Bəlkə bu bağlamanın içində zəruri və həyati əhəmiyyət kəsb edən elə şeylər var ki, hətta sözlə ifadə ediləsi deyil). Bu dövlət qurumunda özbaşınalıq o həddə çatıbmı ki, vətəndaşların pulu alınır, əvəzində isə heç bir xidmət göstərilmir?

Təbii ki, bu kimi qurumların yarıtmaz fəaliyyəti nəticəsində ən adi vətəndaşlıq hüququnu gerçəkləşdirə bilməyən vətəndaş dövlətin heç bir atributunu səmimi olaraq sevməyəcəkdir. Müraciət etdiyi ünvanların sayğısızlığı, biganəliyi bir insanda hansı halları yaratmalıdır ki? İlk öncə, güvənsizliyi. Dövlət qurumlarına, əslində elə birbaşa dövlət hakimiyyətinə inamsızlığın yaranması da buradan, yəni bu kimi başıpozuq işlərdən başlayır və çox təəssüf. Bu kimi hallar təkcə vətəndaş(lar)a deyil, hər şeydən əvvəl Dövlətin Təhlükəsizliyinə ağır zərbədir və bununla da onun Xidməti daha ciddi maraqlanmalıdır, çünki bu, birbaşa onların görəvidir.

“XəzərNews“

Xəbər 6965 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +