İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


25.05.2021  18:14 

“Cənab prezident özü bu məsələyə müdaxilə etməlidir“ - Tanınmış jurnalistlərdən Niyaz Niftiyevlə bağlı ÇAĞIRIŞ





A+  A-

Rauf Arifoğlu: “Onun həbsxanada yatması bizi üzür, incidir” Azər Həsrət: “On günə araşdırılacaq məsələdir, daha on beş ay adamı orada saxlamaq nə deməkdir?!” Elçin Zahiroğlu: “Ona qarşı bu cür qəddar davranış bizi narahat etməyə bilməz”
Tanınmış jurnalist, Binəqədi bələdiyyəsinin keçmiş sədri Niyaz Niftiyevin ötən ilin aprelindən etibarən həbsdə saxlanılması və məhkəmə prosesinin uzadılması çoxsaylı ictimai-siyasi xadimlərin və media mənsublarının narahatlığına səbəb olub.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən külli miqdarda dövlət əmlakını mənimsəmə və korrupsiya ittihamları ilə həbs edilən bir çox məmurun qısa müddət ərzində azadlığa buraxılması fonunda Niyaz Niftiyevin bir neçə günlük bələdiyyə sədrliyi dövründəki fəaliyyətinə görə artıq bir ildən çoxdur ki, həbsdə qalması bu məsələ ətrafında qaranlıq məqamların olmasına dair şübhələri artırır.

XəzərNews.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən tanınmış jurnalistlər də Niyaz Niftiyevə qarşı qərəzin olduğunu, işin düzgün aparılmadığını bildiriblər.



“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu qeyd edib ki, Niyaz Niftiyevə qarşı hüquq-mühafizə orqanlarının münasibəti adekvat deyil:

“Niyaz bəy Azərbaycanın tanınmış jurnalistlərindən, bizim də həmkarlarımızdan biridir. Onun həbsxanada olması bizi üzür, incidir. Onun ailəsi də, özü də çox ağır günlər yaşayırlar. Hesab edirəm ki, ona münasibət adekvat deyil. Çoxsaylı korrupsiyaya yol vermiş məmurlar var ki, onlara qarşı belə qəti və ağır mövqe olmur. Ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına səslənirəm ki, Niyaz Niftiyevin bir an öncə azad edilməsi üçün Azərbaycan jurnalistlərinin, ziyalılarının çağırışlarını nəzərə alsınlar”.



Əməkdar jurnalist Azər Həsrət isə prezident İlham Əliyevin məsələyə müdaxilə etməli olduğunu bildirib:

“Niyazı çox yaxşı tanıyıram. O, dürüst adamdır, prezidentə sadiqdir, dövlətinə xidmətləri ilə seçilən birisidir. Onun haqqındakı ittihamlar mənə gülünc görünür. Baş Prokurorluğun onunla bağlı açıqlamasını oxudum və təəccübləndim. Ətrafda milyonlarla, milyardlarla pulu dağıdanlar var ikən hansısa bir bələdiyyə sədrini sədrlik etmədiyi dövrdə imzalanmış sənədə görə həbs edirlər. Bunun özü də qaranlıq məsələdir. Düşünürəm ki, burada qərəz, şər atma halı var. Üstəlik, nə boyda dəhşətli cinayət baş veribmiş ki, bir ildən çoxdur araşdırırlar. Külli miqdarda dövlət əmlakımı mənimsənilib, dövlətlərarası münaqişəyə səbəb olan hərəkətmi olub?! Deyirlər, guya üç-beş arayışı satıbmış. Uzağı, on günə araşdırılacaq məsələdir, daha on beş ay adamı orada saxlamaq nə deməkdir? Görünür, burada yüz faiz qərəz var. Şəxsən cənab prezident özü bu məsələyə müdaxilə etməlidir. Çünki Niyaz Niftiyev bütün ömrü boyu prezidentin siyasətini dəstəkləyən, canla-başla dövlətçiliyə xidmət etmiş şəxsdir. Onun dilə gətirilməsi belə ayıb olacaq şeyə görə həbs edilməsi doğru deyil. On beş ay belə araşdırılma aparılması göstərir ki, ya Niyaz Niftiyevə qarşı qisas alma, ya da şəxsi məsələsini həll etmə kimi şeylər var”.



Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu Niyaz Niftiyevin ağır cinayətkar kimi həbsdə saxlanılmasının yolverilməz olduğunu vurğulayıb:

“Altı aydır ki, Niyaz Niftiyevin məhkəməsi keçirilmir, hər dəfə bir bəhanə ilə təxirə salınır. Bir dəfə deyirlər ki, qarşı tərəf gəlmir, o biri dəfə deyirlər ki, hakim koronavirusa yoluxdu və sairə. Bu adamlar narahat olmurlar ki, Niyaz Niftiyevin əməli sübuta yetirilmədiyi halda on dörd aydan çoxdur ki, içəridədir.

Nəzərə alsaq ki, Niyaz Niftiyev ilk dəfə hansısa əməli törətməkdə suçlanır, ziyalı adamdır, ictimai şəxsdir, onu içəridə saxlamağın mənası yoxdur. Onu polis nəzarətinə verib digər işləri rahat-rahat həll etmək olardı. Ona qarşı bu cür qəddar davranış bizi narahat etməyə bilməz. Ona görə də aidiyyatı qurumlar bu məsələyə diqqət yetirməlidirlər. Niyaz Niftiyevin həyatına nəzər salsaq, onun daim hörmət göstərilən şəxs olduğunu görərik. Onu ağır cinayətkar kimi içəridə saxlamaq və hər fürsətdə məhkəmə prosesini uzatmaq yolverilməzdir. Haqlı olaraq onu tanıyanlar, ictimaiyyət nümayəndələri narahatdırlar”.

Xəbər 4502 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +